www.nice.az > Maraqlı Məlumatlar > Natalia Oreiro

Natalia Oreiro


14 iyun 2010. Müəllif: Ancelas
Natalia Oreiro


Əsil adi Natalia Marisa Oreiro Iglesias Poggio Bourie olan Argentina müğənnisi və aktrisası Natalia Oreiro, 19 May 1977-ci il də Uruguayın Montevideo şəhərində dünyaya gəlib.
Ailəsi, Natalianın çox gözəl bir üzə və gülümsəməyə sahib oldugunu düşünərək onu 8 yaşındə ikən teatr kurslarına göndərməyə başladılar.
Oreiro, teatr kollektivinə başlamasından 4 il sonra, ailəsinin düşüncələrini doğrultmağa başladı. Ilk reklam filmində oynadığında 12 yaşında idi. O illərdə Coca-Cola, Pepsi, Johnson & Johnson kimi məşhur markaların reklam çarxlarına dəvət alırdı.
16 yaşında ailəsindən ayrılaraq, ulduz olma xəyalları ilə Argentinaya gəldi. Bir müddət Argentina MTV-sində DJ olaraq çalışan Oreiro, 1995-ci ildə "Dulca Ana" adlı serialda oynamış, 1 il sonra, 1996-cı ildə "Ricos ya Famosos" (Zəngin və Məşhur) serialında Valeria rolunu canlandırmışdır...