www.nice.az > Maraqlı Məlumatlar > Zaman

Zaman


12 iyun 2010. Müəllif: emowka_fariw
Zaman

İnsan dünyaya gələrkən artıq onun saatı ,zamanı təyin olunur.Elə bil ki,qum saatı qoyulub,qumla birlikdə sənin zamanın axıb gedir.Bəs sən nə edirsən?


Əvvəl sevinc axtarırsan.O sənin həyatında günəş şüaları kimi hərəkət edir,sənə istilik və yüngüllük gətirir.Amma sən daha çoxunu istəyirsən,başlayırsan xoşbəxtlik axtarmağa.

Xoşbəxtlik axtarışına nə qədər vaxtın gedir?Həm də nə qədər gücün və zəhmətin.Amma sonda başa düşürsən ki,sənin xoşbəxtlik deyib can atdığının ancaq xarici görünüşü xoşbəxtliyi xatırladır,daxilən sən xoşbəxt deyilsən.


Elə bu zaman başlayırsan sevgi axtarmağa.Axı hər kəs sevgidən danışır,sən niyə sevməyəsən?Bəlkə doğrudan da xoşbəxtlik sevgidədir.Ayaqların yorulunca,gözlərin qaralınca axtarırsan onu.Artıq gücün qalmayanda birdən rastlaşırsan onunla...

Sənə elə gəlir ki, tapmısan.Ancaq sənə elə gəlir.Toxunursan ona,amma daha hiss edə bilmirsən.Unutmusan hiss etməyi.Elə bilirsən ki, yanındakı sevgidir,amma diqqətlə baxdıqda məyusluq görürsən.


Qum isə dayanmır,axıb gedir.Axır...axır...

Həyat artıq səni unudub,o artıq səninçün zaman ayırdığını unudub.O başqalarına qum saatı qoymaqla məşğuldur.Bunlar sənin saatların deyil,başqasına aiddir.Sən isə qaçırsan,qaçırsan...

Sən uğur,zövq,məmnunluq hiss etmək istəyirsən,onun arxasınca qaçırsan...tutmaq istəyəndə sürüşüb əlindən çıxır.Yenə çatırsan ona,əldə etdiyini düşünəndə baxıb görürsən ki gözlədiyin bu deyildi.


Amma bir gün başını qaldırıb görürsən ki,sənə doğru,sənin həyatının əks istiqamətində Kimsə gəlir.Ümidlə addımlarını tezləşdirirsən:

Bax bu Odur,onun xatirinə yaşamışam bu qədər illəri!

Kimsə sənə yaxınlaşır,qucaqlayır,gözlərinin içinə baxır.Bu qədər rastlaşdıqların içərisində yeganə odur ki düz gözlərinə baxır.

Buza dönən bədəninlə,sustalan fikirlərinlə anlayırsan-bu sadəcə ölümdür.Qumun son dənəcikləri,ən kiçik və əhəmiyyətsiz görünən bu son dənəciklər lazımmış ki, nəhayət anlayasan sənə nə lazım idi...

Sən nəhayət başa düşdün ki, sevinc,xoşbəxtlik,sevgi nədir!


Şərhlərinizi Unutmayın!!!