www.nice.az > Maraqlı Məlumatlar > Başqasının sms-ni oxumaq

Başqasının sms-ni oxumaq


25 may 2010. Müəllif: NiXaTo
Başqasının sms-ni oxumaq

Başqalarının SMS-lərini oxumaq, kimə və nəyə lazımdır?
Başqalarının telefonlarında qurdalanmaq bizə nə verir?



Bəzilərinə bu çox vacibdir: yanındakının həyatı haqda hər xırdalığı bilmək. Vacib deyil bu dostlardı, valideynlərdi, ya iş barədə. Onlara elə gəlir ki, bunsuz şəxsi həyat mümkün deyil.Həm də bunu qorxulu hesab etmirlər, aramızda gizli heç nə olmamalıdır prinsipinə əsaslanaraq.
Bəziləri qısqanc və inamsızdır. Bu xəstəlikdir, sevdiyinin telefonunu hər gün yoxlamaq,sms-ləri oxumaq..Həmişə onun hansısa günahı işləməyinə sübut axtarmaq. Qısqanclıq sevgiyə bir az maraq qata bilər, amma həddində.Həddini keçdisə o münasibətləri pozacaq və həyatı hər iki tərəf üçün cəhənnəmə çevirəcək.

Bəzilər sadəcə maraq xatirinə başqalarının telefonuna soxulur. Özünüzə bəraət qazandıra bilərsiniz ki, burda pis nə var ki, sevdiyim şəxsin mən olmayanda nə ilə məşğul olduğu, kimlərlə danışdığı, hara getdiyi maraqlıdır. Amma elə insan var ki, hətta adi sms-in oxunmasını istəmir,bunu hörmətsizlik kimi qəbul edir.

Bəziləri şübhələrə görə bunu edir. Sevdiyin şəxs telefonu həmişə koda qoyur, yanında olanda ona gələn sms oxumaq istədikdə müxtəlif bəhanələrlə fikrini yayındırmağa çalışır. Bu artıq ikiqat maraq oyadır. Deməli onun gizlətdiyi nəsə var. Ola bilər şübhələriniz doğrudur. 50/50-yə.

Bir də elələri var ki, gözünə telefon sataşan kimi ora baş soxmalıdırlar. Axmaq olsa da bəraət qazandıran səbəbdir. O komputerlə oynayır, ya da kitab oxumaqla məşğuldur və ya yatır, telefon isə sənin gözünün qabağında, məşğul olmaga heç nə yoxdur. Özünü saxlaya bilmirsən,başlayırsan...

Əslində başqasının sms-lərini oxumaq hörmətsizlikdir, inamsızlıqdır. İnsanın şəxsi yazışmalarını oxumaq-
onun şəxsi həyatına ,hətta intim həyatına soxulmaq,
şəxsiyyətə hörmətsizlik,münasibətlərdə etibarsızlıqdır.



Bu sizə lazımdırmı?
Sizin ordan alacağınız şübhəli məlumatlar sizə nəyin bahasına başa gələ bilər bunu fikirləşirsinizmi?
Sizinlə belə hərəkət etsələr qəbul edərsinizmi?
Başqalarının sms-lərini oxumağı sevirsinizmi?
Əgər cavab hə-dirsə hansı səbəbə bunu edirsiniz?