www.nice.az > Maraqlı Məlumatlar > İnsanlıq dərsi

İnsanlıq dərsi


20 may 2010. Müəllif: GHoSTMaN
İnsanlıq dərsi

Sinif səs-küydən dağılarkən, bir sərt görünüşlü müəllim içəri girir. Sinifə bir qaş-qabaqlı baxış keçirdib kürsüyə keçir. Təbaşirlə lövhəyə "1" rəqəmini yazır.

"Baxın" - deyir, "Bu insanlıqdır. Həyatda sahib ola biləcəyiniz ən dəyərli şey...."

Sonra "1"-in yanına "0" yazır: "Bu, uğurdur. Uğur qazanmış insan 1-i 10 edər".

Bir "0" da artırır: "Bu, təcrübədir. 10 olduğunuz vaxt, 100-ə qaldırar sizi."

Beləliklə, "0"-lar uzanıb gedir: "Bacarıq...ciddiyət...sevgi..."

Əlavə olunan hər "0"-ın insani 10 dəfə daha artıq zənginləşdirdiyini uşaqlara izah edir.

Sonra əlinə silgini alır və ən başdakı "1"-i silir və demək istədiyi son fikri çatdırır:


"İNSANLIĞINIZ YOXDURSA, O BİRİLƏRİ HEÇ BİR MƏNA VERMƏZ!..."