www.nice.az > Maraqlı Məlumatlar > Ya olduğun kimi görün! Ya da göründüyün kimi ol!
Ya olduğun kimi görün! Ya da göründüyün kimi ol!19 may 2010. Müəllif: GHoSTMaN |
![]() Ya olduğun kimi görün! Ya da göründüyün kimi ol! Bu ifadəni əminəm ki, hamınız tez-tez eşidirsiniz. Bəzilərimiz komputer arxasına keçən kimi istər-istəməz dəyişirik. Bəzimiz yaxşı mənada, bəzimiz isə pis mənada. Elə insanlar var ki, saytlara daxil olub elə nik seçib elə şərh yazırlar ki, o insanı tanımaq belə istəmirsən, çünki səndə mənfi təsir oyadır. Özlərini varlı, hamıdan güclü, rəqibsiz kimi qələmə verirlər, sanki uçmuş dağları bunlar yaradıblar. Lakin həyatını araşdırsan realda çox qorxaq bir insan olduğu ortaya çıxır. Bu tip insanlar heç bir xəbəri bəyənmir, girib təhqiramiz şərhlər yazırlar. Dava salmağa cəhd edir, dava düşdükdə isə aradan elə sıyrılırlar ki, sanki heç nə olmayıb. Bunlar nəinki saytlarda, həmçinin çatlarda da eyni hərəkəti edirlər. Sayta və ya çata daxil olan kimi qızlara salam yazmamış dərhal nömrəsini yazırlar. Bu tip insanlar sadəcə ikrah hissi oyadır. Bunlar realda görmədiyi hörməti virtualda görməyə çalışan insanlardır .Onlar yalnız monitor arxasında bacarırlar ... Bu tip insanlara isə sadəcə bir sözüm var. Ya olduğun kimi görün! Ya da göründüyün kimi ol! |