www.nice.az > Maraqlı Məlumatlar > Qadınlara az yatmaq olmaz

Qadınlara az yatmaq olmaz


7 may 2010. Müəllif: krik
Qadınlara az yatmaq olmaz

Yuxu qadınların belinin ölcüsünə təsir edir. İsveç alimləri yuxu ilə qadınlaın piylənmə dərəcəsi arasında əlaqə tapa bilib. Sən demə, qadın nə qədər az yatarsa, onun beli bir o qədər böyük olur.

Qarın nahiyəsində qısamüddətli yuxu ilə piylənmə arasındakı bu qarşılıqlı əlaqəyə daha çox gənc qadınlarda təsadüf edilir. Ancaq mütəxəssislər hələlik bunun səbəbini müəyyən edə bilməyiblər.

Qeyd edək ki, bir müddət öncə uşaqlar üzərində də eyni araşdırma aparılmışdı. Nəticələrə görə, az yatan uşaqlar artıq çəkidən əziyyət çəkir.