www.nice.az > Maraqlı Məlumatlar > "Qoyunlarımızı yad planetlilər öldürüb"
"Qoyunlarımızı yad planetlilər öldürüb"5 aprel 2010. Müəllif: saki_18 |
![]() İngiltərənin Şropşir bölgəsindəki fermerlər maraqlı və qeyri-adi iddia ilə çıxış edib. Onlar qoyun sürülərinə olan hücumlarda yad planetliləri ittiham edir. "Daily Telegraph"ın məlumatına görə, fermerlər qoyunların beyinləri, gözləri və bəzi daxili orqanlarının çıxarılmasını "kosmosdan süzülən sirli narıncı işıqlara" bağlayır. Onlar sürüləri yad planetdən gələnlərin işıqlarla "lazerlənməsi"nin şahidi olduqlarını bildirib. Fermerlərin sözlərinə görə, qoyunların üzərində eyni ölçülü dəliklər olub, bəzi heyvanların isə, xüsusilə sol tərəflərinin ətləri soyulub. Uzun müddətdir qoyunların həlak olma üsullarını araşdıran Heyvan Patalogiyası departamentinin nümayəndəsi Fil Holye yad planetlilərin Şrevsburi ilə Poys arasındakı dəhlizdə sərbəst şəkildə gəzdiyini iddia edib. "Bu qısa müddətli ulduz döyüşünə bənzəyirdi", - deyə o vurğulayıb. |