www.nice.az > Maraqlı Məlumatlar > Novruzda olar olmaz
Novruzda olar olmaz20 mart 2010. Müəllif: NiXaTo |
![]() -Deyilənə görə, Novruz bayramında tonqal üstündən tullanmaq zərdüştilikdən qalma adətdir.Namaz qılan şəxsə tonqalın üstündən tullanmaq olar? -Tonqalın üstündən tullanmağın zərdüştiliklə heç bir əlaqəsi yoxdur. Bu, sadəcə olaraq, Novruz bayramının adət-ənənələrindən biridir. -Adətən gənc qızlar bayram axşamı duzlu kökə yeyib yatır, yaxud qapı ağzında başmaq atıb niyyət edirlər. İslamda bu kimi adət-ənənələrə münasibət necədir? -Bu kimi adət-ənənələrin İslamla heç bir əlaqəsi yoxdur. Bunun yerinə iki rükət hacət namazı qılıb Allahdan xoşbəxt ailə diləsələr, bəlkə bəxtləri açılar. -İslama görə, Novruzda niyyət edərək qulaq falına çıxmaq olar? -Xeyr, dinimizə görə, başqasının qapısını kəsdirib şəxsi söhbətlərinə qulaq asmaq düzgün hərəkət deyil. -Yumurta döyüşdürmək, şam yandırmaq kimi adət-ənənələrə dinimizdə münasibət necədir? -Dinimiz yumurta döyüşdürməyə, şam yandırmağa normal münasibət bəsləyir. -Novruzda il təhvil olanda xüsusi dua oxunur. Bu hansı duadır? -Novruzda ilin təhvil olma duası var. Dua aşağıdakı kimidir: Ey qəlbləri və gözləri haldan-hala salan Allah! Ey gecə ilə gündüzü tədbirlə nizamlayan Rəbbimiz! Ey ili dolandıran və əhvallara yaxşılıq, pislik verən! Bizim əhvalımızı yaxşılığa doğru dəyiş!.. -Novruzda adətən süfrəyə «s» hərfi ilə başlayan 7 nemət qoyulur. Bunun dinimizlə əlaqəsi var? -Bəli, adətə görə, süfrəyə 7 nemət qoyulur. Bunun dinimizlə əlaqəsi olmasa da, heç bir haramlığı yoxdur. |