www.nice.az > Maraqlı Məlumatlar > Şokaladın faydaları

Şokaladın faydaları


11 mart 2010. Müəllif: Gulush_bdu
Şokaladın faydaları


** Xolesterolu artırmır: *
Şokoladda iştirak edən yağ, doymuş yağ yəni "yaxşı yağ" olaraq bilinir. Bu yağ
bədənə girdiyində pis xolesterol artımına səbəb olmur hətta düşməsinə
köməkçi olur.
Ancaq bu, gündə bir vafli yeyərək xolesterolunuzu
sala bilərsiniz mənasını vermir. Çünki bu cür şokolad barları yalnız
yüzdə 20 nisbətində kakao yağı ehtiyatı daşıyır. Şokolad nə qədər qara olsa
tərkibində kakao yağı miqdarı da yüksək olur. Bu da xolesterolu salması
mənasını verir.

** Ürəyi qoruyur: *

Şokolad, qırmızı şərab və yaşıl çayda olan və ürəyi qoruduğu təsbit
edilən Flavonoid maddəsini daşıyır. Bu maddənin antioksidant təsirinin də
ürəyi qoruduğu Amerikan Ürək Vəqfi tərəfindən sübut edilən bir gerçəkdir. Ancaq
şokoladda iştirak edən antioksidant miqdarı tərəvəz və meyvələrdə olanlara görə
çox daha azdır.

** Vitamin anbarı: *

Şokolad, E və B vitaminləri, dəmir, maqnezium, kalium cəhətdən zəngin bir
qidadır. Bu səbəblə bədənin ehtiyaclarının qarşılanması baxımından da zəngin bir
qaynaqdır.

** Eşq təsiri yaradır:*
Şokoladın afrodizyak təsiri də bilinən bir gerçəkdir. Ayrıca şokolad
tərkibində saxladığı phenylethyamine maddəsiylə 'eşq təsiri' yaradır. Yəni yeyən insan
daha asan aşiq olur.