www.nice.az > Maraqlı Məlumatlar > SIQARET ÇƏKMƏK SİZİN SAĞLAMLIĞINIZ ÜÇÜN ZƏRƏRLİDİR!!!
SIQARET ÇƏKMƏK SİZİN SAĞLAMLIĞINIZ ÜÇÜN ZƏRƏRLİDİR!!!29 aprel 2009. Müəllif: arximed |
![]() SİQARET ÇƏKMƏK SİZİN SAĞLAMLIĞINIZ ÜÇÜN ZƏRƏRLİDİR!!! Hamı çəkmə deyir. Amma başa sala bilmirəm ki, mən yox o məni çəkir. Hər gün gözümün qarşısındadı. Aldığımız birinci nəfəs də odur, sonuncu nəfəs də odur. Səhər tezdən dururam ki, universitetə gedim. Yastığın altında sıqaretdir. Yəni gözümüzü açan kimi onu gorürəm. Ac qarına birini çəkirəm ki, günə yaxşı başlayım. Səhər yeməyini yedim, həyətə düşən kimi görürəm ki, dostlarım hərəsi bir tində durub çəkir. Qoşulub onlarla da birini çəkirəm. Sonra göz sataşır məhəllədəki qızlara, hələ onlardan birindən xoşum gəlirsə bu lap pis təsir edir. Çıxarıb birini də çəkirəm. Nə isə qızların da dərdini çəkdikdən sonra gedirsən universitetə. Başım qarışdı dərsə gecikdimmi? Müəllim dərsə buraxmır. Bayırda qalmaq məcburiyyətindəsən. Soyuq hava və təksən. Çıxarıb birini də çəkirsən. Sonra qarşına imtahanda səni kəsən müəllimi görürsən. Bir az onunla söhbət edirsən, onu razılığa gətirib sənə qiymət yazmağa çəkirsən. Amma onu çəkə bilmirsən. Çıxarıb birini də çəkirsən. Bilirsən ki, bu söhbətlərinə görə növbəti imtahandan da kəsiləcəksən. Zəng vurulur. Dostları gülərək dərsdən çıxır. Sən isə solğun, yuxulu halda neçə qayıbının olduğunu soruşursan. Onlar da artıq Nsayda qayıbının olduğunu söyləyirlər. Dərdin üstünə bir dərd daha. Çıxarıb birini də çəkirsən. Bu an rektorun qapısnın açıldığını görürsən, əvvəl siqaret əlini yandırana qədər gizlətməyə çalışırsan. Sonra artıq dözə bilməyib yerə tullayırsan . Rektor yanından keçib gedən kimi birini də yandırıb yarımçıq qalan zövqünü davam etdirirsən. Sonra uşaqlarla kafeyə doğru gedirsən. Çay sifariş edirsən. Çay gəlir amma yanında mürəbbə və şkolad. Bunu görən kimi axırda pulun kimin verəcəyini düşünə-düşünə birinidə çıxarıb çəkirsən. Çay içilib qurtarılır. Hərə öz cibində yol pulusunu saxlayıb çay və murəbbənin pulunu verir. Bu maddi zəiflikdən sonra birini də çıxarıb çəkirsən. Vaxtdır, günün yarısını siqaret pulunu çıxarmaq üçün tapılan işə getmək lazımdır. Marşrut gözləyirsən. Sən gözləyirsən amma bəzi dostların öz maşınlarına minib gedir, bəzilərinin də arxasınca şəxsi sürücüsü gəlir. Bu hadisə də sənə çox pis təsir edir. Çıxarıb birini də çəkirsən. Marşrut gəldi. Siqareti yarımçıq tullayıb marşruta minirsən. Amma marşrutun tez gəldiyinə görə sevindiyinə peşman olursan. Çünki marşrutda tanış adam var.Və üstəlik bu adam xanımdırsa eh istəyirsən elə birini də çıxarıb marşrutda çəkəsən. Amma çox təəssüf icazə yoxdur. Məcbursan ya qızın pulunu verməyib biyabır olub düşəsən, ya da sonuncu dayanacağa qədər getməlisən ki, o səndən qabaq düşsün. Nə isə kişilik icazə vermir pulu verməyib düşəsən ona görə də, sonuncu dayanacağa qədər gedirsən. Sonra düşüb bu qədər yolu piyada qayıtmağa məcbursan. Qəfildən şalvarını çəkirsən, bir özünü tərəzidə çəkirsən və bu iyrəncliyin səni nə günə saldığını görüb vicdan əzabı çəkirsən... SİQARET ÇƏKMƏK SİZİN SAĞLAMLIĞINIZ ÜÇÜN ZƏRƏRLİDİR!!! |