www.nice.az > Maraqlı Məlumatlar > BMW - MINI Countryman

BMW - MINI Countryman


18 fevral 2010. Müəllif: braTIK
BMW - MINI Countryman

“BMW”dən yeni “MINI Countryman”

Almaniyanın avtomobil istehsalçısı olan “BMW” avtokonserni İsveçrənin Cenevrə şəhərində mart ayında baş tutacaq avtoşou sərgisi üçün “Countryman” modelini yeniləyib. Bununla bərabər, konsern Avropa bazarı üçün nəzərdə tutulmuş qiymətləri də endirib. Bavariya avtomobil zavodunun dizel versiyası olan bu modeli 25 900 avroya, qabaq çəkici təkərləri olan “Countryman” modelini isə 27 900 avroya almaq mümkündür. Belə ki, “BMW” bu avtoşouya aparılacaq “MINI Countryman”ın dördüncü modeli olacaq. Ümumlikdə isə şouda bu modelin həm benzinli, həm də dizel “powertraıns”lə təchiz edilmiş modellərini görmək mümkün olacaq.

Qeyd edək ki, Almaniya avtomobil bazarlarında bu avtomobilin qiyməti 20 200 avro olacaq. Dizel mühərrikli avtomobilin qiyməti isə 25 900 avroya satılacaq. Ən güclü model - dörd təkəri çəkici olan “Countryman Cooper S All4” modeli isə bir az daha başa gələcək. Onun qiyməti 27 900 avro olacaq. Yeni modellərin satışı bu ilin sentyabr ayından başlayacaq.

BMW - MINI Countryman

BMW - MINI Countryman

BMW - MINI Countryman

BMW - MINI Countryman

BMW - MINI Countryman

BMW - MINI Countryman