www.nice.az > Maraqlı Məlumatlar > Vodafone 150
Vodafone 15016 fevral 2010. Müəllif: braTIK |
![]() Dünyanın ən ucuz mobil telefonu Barselonada keçirilən mobil telefonlar konqresində dünyanın ən ucuz mobil telefonu nümayiş edilib. "Vodafone 150" adlı telefonun qiyməti 15 dollara yaxındır və inkişaf etməkdə olan ölkələrdə satılması nəzərdə tutulub. Telefon ilk olaraq Hindistanda, sonra Türkiyə və 8 Afrika ölkəsində satışa çıxacaq. Dünyanın ən ucuz telefonu səsli zənglər etməyə, mesaj yazmağa imkan verir. Adı çəkilən telefonun radio və rəngli ekranla təchiz olunmuş markası isə 20 dollardır. |