www.nice.az > Maraqlı Məlumatlar > 24 saata 7777 nəfəri qucaqladı

24 saata 7777 nəfəri qucaqladı


15 fevral 2010. Müəllif: saki_18
24 saata 7777 nəfəri qucaqladı

ABŞ-ın Ohayo ştatının sakini yeni rekorda imza atıb. Belə ki, 51 yaşlı Ceff Ondaş sutka ərzində 7777 nəfəri qucaqlaya bilib. Teddi Makhaggin personajının paltarını geyinən Ondaş Las-Veqasdakı kazinoların birinin qarşısında rekorda imza atıb.

Ondaşa daha bir rekord məxsusdur. O, saat ərzində 1205 nəfəri qucaqlayıb.

Məlumata görə, bu aksiyadan əldə edilən vəsait ABŞ-ın ürək xəstəliklərii ilə mübarizə Assosiasiyasının hesabına köçürüləcək. Ondaş bəyan edib ki, bunu məqsədli şəkildə edir. İş ondadır ki, onun atası və qardaşı kardioloji xəstəliklərdən vəfat edib.

Xatırladaq ki, öncəki rekord Dublin sakininə məxsusdur. İrlandiyalı xanım sutka ərzində 5 min nəfəri qucaqlaya bilib.