www.nice.az > Maraqlı Məlumatlar > Azərbaycan əhalisinin 92%-i kitab oxumur

Azərbaycan əhalisinin 92%-i kitab oxumur


12 fevral 2010. Müəllif: krik
Azərbaycan əhalisinin 92%-i kitab oxumur

Sonxeber.azın verdiyi məlumata görə, bu sözləri Yazıcılar Birliyində çıxış edən xalq yazıçısı Çingiz Abdullayev deyib. O bu göstəricilərin Hollandiyada 72%, Sankt-Peterburqda 59%, Gürcüstanda 32%, Ermənistanda 28% əhali kitab oxuduğu halda, Azərbaycanda biabırçı həddində cəmi 8% olduğunu bildirib. Xalq yazıçısı həmçinin gənclərin savadsızlığından da danışıb. Çingiz Abdullayev bu işdə valideynlərin günahkar olduğunu qeyd edib. “Azərbaycan yeganə millətdir ki, valideyn müəllimə pul verir ki, mənim övladıma heç nə öyrətmə!”. Xalq yazıcısı həmçinin ali təhsil müəssələrində kitaba münasibətin dəhşətli olduğunu qeyd edərək bu işdə təhsil naziri və rektorların məsuliyyət daşıdığın bildirib