www.nice.az > Maraqlı Məlumatlar > İlk insan necə olub?

İlk insan necə olub?


12 fevral 2010. Müəllif: saki_18
İlk insan necə olub?

Alimlər ilk insanın necə göründüyünü müəyyən ediblər. Bu Qrelandiyada tapılan və 4 000 il əvvələ aid olduğu deyilən insan saçı sayəsində mümkün olub. Alimlər bu saç sayəsində ilk insanın rəsmini çəkiblər. "BBC"nin məlumatına görə, bu günə qədər tapılan ən qədim insan qalıntısı üzərində Kopenhagen Universitetinin alimlərinin apardığı araşdırmalar nəticəsində ilk insanın gözlərinin qəhvəyi rəngdə, saçlarının isə uzun olduğu aydınlaşıb. Bundan əlavə tədqiq edilən genin sahibinin gur saçı olduğu, ancaq onların töküldüyü müəyyənləşdirilib.
Araşdırma iştirakçıları Sibirdən gəldiyi ehtimal edilən ilk insana Qrelandiya dilində "insan" kimi tərcümə edillən "inuk" adını verilib.