www.nice.az > Maraqlı Məlumatlar > Gərginlikdən bir neçə dəqiqədə qurtulun
Gərginlikdən bir neçə dəqiqədə qurtulun29 yanvar 2010. Müəllif: saki_18 |
![]() Narahatçılıq, gərginlik hər cür xəstəliyin mənbəyidir. Bir çox insan özünə bu vəziyyətdə “necə sakitləşə bilərəm?†sualını verir. Əslində bir neçə sadə hərəkətlə sakitləşmək heç də çətin deyil. Nəfəsinizi dinləyin - Bunun üçün dərin nəfəs alın. Gözəl ətirli çiçəyi iylədiyinizi xəyal edin və sakitləşin. Vaxtı gələndə narahat olun - İnsanların narahatlıqlarının çoxu gələcəklə bağlıdır. Bunun üçün yaşadığınız dövrə konsentrasiya olun. “Gələcək†öz başının çarəsinə baxacaq. Nanə için - Əgər qəhvə və qara çay içirsinizsə sakitləşməyi unudun. Bu ancaq boşa vaxt keçirməkdir. Əvəzində nanə kimi bitki çayı içməyi sınayın. Həssas ayaqqabılar geyin - Rahatlıq və sakitlik ayaqqabılardan başlayır. Ən yaxşını axtarın - İnsanların və hadisələrin ən yaxşı tərəflərini görməyə çalışın. Bu sadə yanaşma pozitivlik yaradacaq. Dara və darat - Kiminsə saçlarını darayın. Ən yaxşısı isə öz saçlarınızı asta-asta darayın və başqasına daradın. Daramaq masaj təsiri yaradır və insanı sakitləşdirir. Uşaqları izləyin və öyrənin - Uşaqların hər anlarından necə zövq aldığına baxın. Özünüzün də belə ola biləcəyini düşünün. Sakitliyi düşünün - Sakit mənzərələr xəyal edin. Ən yaxşısı isə dəniz kənarına gəlib dənizin sakit mənzərəsinə baxmaqdır. Dənizin olmadığı yerdə isə göy üzünü seyr edərək sakitləşmək mümkündür. Ağ geyinin - Bədəninizi narahat etməyən, təbii parçalardan və açıq rəngli paltarlar geyin. Yoqa ilə məşğul olanlara nəzər salsanız onların nə üçün məhz ağ geyindiyini anlayacaqsınız. Körpə kimi yatın - Yuxunuza mane olacaq qəhvə, çay, kola, spirli içki və sairədən imtina edin. Bunun əvəzində ehtiyacınız olan qədər yatmağa çalışın. Gülümsəyin - Gülmək üzdəki bütün əzələləri işlədir. Gülüş özünüzü sakit hiss etməniz üçün əla vasitədir. |