www.nice.az > Maraqlı Məlumatlar > 65 dişi olan adam

65 dişi olan adam


26 yanvar 2010. Müəllif: krik
65 dişi olan adam

İtaliyalı həkimlər nadir halla üz-üzə qalıb.Siciliya şəhərinin 16 yaşlı xanım sakinində aşkarlanan nadir xəstəlik bütün tibb aləminin heyrətinə səbəb olub.
Belə ki,nadir xəstəlik nəticəsində qızın ağzında nə az, nə çox düz 33 dənə artıq diş çıxıb.
Son əməliyyat nəticəsində cərrahlar 6 artıq dişi kənarlaşdırıblar.Həkim Mauro Merli bildirir ki,bu ,həqiqətən də nadir hadisədir.:"Bu xəstəlik tanış xəstəlikdir.Lakin nəticədə ağızda bu sayda artıq dişin çıxması indiyədək görünməyib.Bunun baş verməsi ehtimalı birin milyona nisbətindədir.İndiyədək həkimlər heç zaman belə halla rastlaşmayıblar."
Həkimin sözlərinə görə ,onlar tədricən qızın ağzındakı artıq dişləri çəkirlər.İndiyədək ümumilikdə 28 artıq diş çəkilib və bir neçə aydan sonra qalan 6 dişin də pasiyentin ağzından kənarlaşdırılması nəzərdə tutulub.