www.nice.az > Maraqlı Məlumatlar > Söyüş söymək ağrını azaldır

Söyüş söymək ağrını azaldır


21 yanvar 2010. Müəllif: krik
Söyüş söymək ağrını azaldır

İngiltərənin Keele Universitetinin əməkdaşları bu yaxınlarda maraqlı araşdırma aparıb. Araşdırma nəticəsində müəyyən olunub ki, insanlar ağrıyan zaman söyüş söydükdə, ağrıları azalır.

Həyat yoldaşının doğuş zamanı söyüş söydüyünü, sonra isə bu hərəkətindən peşman olduğunun şahidi olan Riçard Stefens insanların niyə söyüş söydüklərini araşdırmaq qərarına gəlib.

Araşdırmaya başlayan Stefens könüllülərin əllərini içi buzla dolu olan soyuq suya salıb və soyuqdan əlləri göynəyən insanların reaksiyalarını müşahidə etməyə başlayıb. Müşahidə zamanı ağrıdan söyüş söyməyə başlayan insanlar əllərini digərlərinə nisbətən 40 saniyə daha artıq suda saxladıqları və onların daha az ağrı hiss etdiyi müəyyən olunub.