www.nice.az > Maraqlı Məlumatlar > Boşboğaz tutuquşu

Boşboğaz tutuquşu


10 yanvar 2010. Müəllif: Barbara
Boşboğaz tutuquşu

İngiltərədə Ziggy adlı bir tutuquşu, sahibinin nişanlısından 4 aydır saxladığı gizli aşiqinin adını davamlı söyləyincə cütün ayrılmasına səbəb oldu.

İngilis mətbuatında geniş yer tapan xəbərə görə, Suzy Collins (25) köhnə iş yoldaşlarından Gary ilə əlaqəsini bir müddət daha saxlamaq istəyirdi, ancaq Ziggyin davamlı gizli aşiqin adını söyləməsi buna maneə törətdi.
"Gary" adı nə vaxt radioda ya da bir televiziya proqramında eşidilsə tutuquşu Ziggy daha çox öpüş səsi çıxarır ya da Suzyun cib telefonu hər çalışında tutuquşu "Salam Gary" deyirdi ancaq 30 yaşında Leeds şəhərində kompüterçilik edən Chris Taylor, bütün bu "ipuclarına baxmayaraq" əvvəl Ziggyə diqqətlə yanaşmadı
Ancaq bir gün Ziggy, Suzy və Chrisi divanda sarılarkən görüncə "sevincini" saxlaya bilməyib "Gary, səni sevirəm" dediyində, Chris "bir şeylərin tərs getdiyini" anlaya bildi.
Və beləcə iki sevgili ayrıldılar