www.nice.az > Maraqlı Məlumatlar > Tarixdə bu gün

Tarixdə bu gün


8 yanvar 2010. Müəllif: Barbara
Tarixdə bu gün


1297. Monako müstəqillik əldə edib

1324. Venesiya səyyahı Marko Polo vəfat edib

1642. İtalyan fizik Qalileo Qaliley vəfat edib

1806. Britaniya qoşunu Ümid burnunu (Afrika) işğal edib

1878. Rus şairi Nikolay Nekrasov vəfat edib

1914. Xərçəng xəstəliyinin müalicəsi üçün radium elementindən istifadə edilib

1920. Aktrisa Leyla Bədirbəyli (Cavanşirova) anadan olub

1923. Zaqafqaziya Federasiyası vahid Zaqafqaziya pul nişanı haqqında dekret qəbul edib

1942. 77-ci Azərbaycan diviziyası alman qoşunlarını Krımdakı Taman yarımadasından vurub çıxarıb

1959. Fidel Kastro Havanaya daxil olub

1959. Şarl de Qoll Fransada Beşinci Respublikanın ilk prezidenti seçilib

1992. Ermənilərin Krasnovodsk - Bakı sərnişin bərəsində terror aktı törətməsi nəticəsində 25 nəfər həlak olub, 88 nəfər ağır yaralanıb

1996. Fransa prezidenti Fransua Mitteran vəfat edib. Fransızlar onu sağlığında “Sfinks” adlandırıb

2003. ABŞ Əfqanıstanda hərbi bazalar qurmağa başlayıb.