www.nice.az > Maraqlı Məlumatlar > Bu bitki tam 13.000 yaşındadır
Bu bitki tam 13.000 yaşındadır26 dekabr 2009. Müəllif: XP |
![]() Amerikalı alimlərin ən son açıqlamasına görə, bir neçə gün bundan öncə Kaliforniya Ştatında tapılan qəribə bir bitkinin tam 13.000 il bundan əvvələ aid olduğu bildirildi. Bu isə o deməkdir ki, bitki ən son buzlaşma dövründən bu günə kimi qalıb. Alimlər Jurapi adını verdikləri bu bitkinin dünyanın ən qocaman bitkisi olduğunu dedilər. Əslində bitkinin adı Jurapi meşəsinin adından götürülüb. Kaliforniyanın bu bitkinin aşkarlandığı yerində adətən soyuq hava şəraiti keçdiyindən bitkinin bütün o zamandan bəri iqlimdə baş verən dəyişikliklərə rəğmən bu günə kimi qalması inanılmazdır. Əsas araştırıcı olan Jeffrey Ros-Ibarra qeyd edir ki, bu tip bitkilər normalda çox yüksəklikdə və olduqca soyuq və rütubətli yerlərdə bitirlər. Ancaq maraqlı cəhət odur ki, bu bitki əksinə yamacda bitib, yerləşdiyi ərazi də heç o qədər də rütubətli və soyuq deyil, ancaq bitki sağ salamat qalıb. Fikir bildirməyi unutmayın... Tərcümə etdi: XP |