www.nice.az > Maraqlı Məlumatlar > Amerikan Prezidentləri

Amerikan Prezidentləri


20 dekabr 2009. Müəllif: XP
Amerikan Prezidentləri

Amerika Birləşmiş Ştatları Prezidentləri haqqında heç bir yerdən oxumadığınız, eşitmədiyiniz maraqlı faktlar...


ABŞ-ın ilk prezidenti Corc Vaşinqton Amerikanın 100 faiz səs qazanmış yeganə dövlət başçısıdır.

ABŞ-ın 2 prezidenti - sayca 2-ci və 3-cü prezidentlər olmuş Con Adams və Tomas Cefferson eyni gündə vəfat ediblər - 4 iyul 1826-cı il.

ABŞ-ın telefondan istifadə etmiş ilk prezidenti Ceyms Qarfilddir.

1849-cu ildə Devid Atçiston cəmi 1 gün ABŞ prezidenti vəzifəsini tutub... və o həmin günün çox hissəsini yuxuda keçirib.

Teodor Ruzveld avtomobildə gəzmiş ilk ABŞ prezidentidir.

ABŞ prezidenti Ceyms Qarfild eyni vaxtda bir əli ilə latın əlifbası, digər əli isə misircə yaza bilirmiş.

Qrover Klivlend ABŞ-ın Ağ Evdə evlənmiş yeganə prezidentidir.


Fikir bildirməyi unutmayın...