www.nice.az > Maraqlı Məlumatlar > İnsanlar niyə yuxuda gəzir?

İnsanlar niyə yuxuda gəzir?


19 dekabr 2009. Müəllif: saki_18
İnsanlar niyə yuxuda gəzir?

Adətən insanlar yatdıqdan sonra baş verən hadisələrdən xəbərsiz olurlar. Elə insanlar da var ki, onlara yuxuda gəzən deyirlər. Yuxuda gəzmə hallarına hər yaşda rast gəlinir, lakin ən çox 8-12 yaşlı uşaqlar bu xəstəlikdən əziyyət çəkir. Buna tibbi dildə somnambulizm deyirlər.
Yuxuda gəzən insan ilk öncə yataqda durub oturaraq gözlərini açır, lakin oyanmır. Bu vəziyyətdə insan hər şey edə bilər. Hətta yuxuda gəzən insanın maşın idarə etməsi hallarına da rast gəlinib.
Yuxuda gəzmənin əsas səbəbləri isə yorğunluq, gərginlik, narahatlıq və hərarətdir.
Yuxuda gəzən insanı nəzarət altında saxlamaq vacibdir. Belə ki, ətrafda şüşə və bu kimi kəsici əşyaların olmamasına diqqət edilməlidir.