www.nice.az > Maraqlı Məlumatlar > Maraqlı məlumat

Maraqlı məlumat


2 avqust 2013. Müəllif: LEMI EZIZLI
Maraqlı məlumat

Böyük Britaniyanın Nyukasl Universitetinin bir qrup alimi qadınların beyin sümüyündən mükəmməl spermatazoidlər almağı planlaşdırırlar. Onların dünyanın müxtəlif ölkələrində yaşayan tanınmış bioloqlar ingilis həmkarlarının bu planını çox cəsarətli esperiment sayırlar. Onların fikrincə sonda nəticə çox ağır ola bilər. Çünki ingilis alimlərin təcrübəsi müsbət sonluqla bitərsə bütün bəşəriyyət bircinsli sistemə keçmək təhlükəsi ilə üz-üzə qalacaq və bu barədə eşidən insanlar şoka düşəcək. Professor Karim Naerninin rəhbərliyi altında çalışan alimlər qadınların beyin sümüyündən gövdə hüceyrələri almaq, xüsusi kimyəvi maddələr və vitaminlərdən istifadə etməklə spermatazoidləri dəyişmək istəyirlər. Əgər bu spermatazoidlər yumurta hüceyrələrini mayalandırma qabiliyyətinə malik olsa, o zaman yüksək ehtimal var ki, genetik sapıntılar baş verə bilər. Nəticədə dünyaya gələn uşaqların yalnız bir bioloji valideyni olacaq. Gözlənilən bütün bu acınacaqlı nəticəyə baxmayaraq, Britaniyalı alimlər öz təcrübələrini davam etdirirlər.