www.nice.az > Maraqlı Məlumatlar > Sərsəm qanunlar

Sərsəm qanunlar


3 dekabr 2009. Müəllif: XP
Sərsəm qanunlar

- Oklahomada bir yerə 3-dən artıq itin toplaşması üçün merdən icazə alınmalıdır.

- Səkiyə su çiləmək olmaz.

- Çəkmələrlə yatağa uzanmaq qanunla qadağandır.

- Oreqonda bazar günləri dondurma yeməyi qadağan edən qanun var.

- Pensilvaniyada çimən zaman mahnı oxumaq qadağandır.

- Rod Aylenddə hava qaraldıqdan sonra tənbəki çəkmək olmaz.


- Şimali Dakotada qapalı furqonda olan şəxs at üstündə olan hindunu güllələyə bilər.

- Tennesidə yuxuda olan zaman avtomobil sürməyi qadağan edən qanun var.


- Texasda başqasına məxsus inəyi sağmaq qanunla qadağandır.

- Cənubi Dakotada sizə məxsus torpaq sahəsinə 5-dən artıq hindu daxil olubsa, onları güllələməyə icazə verilir.

- Cənubi Karolinada intihar cinayət sayılır.

- Kişi həyat yoldaşını şəhər bələdiyyəsinin binasına məxsus pilləkənlərdə döyə bilər. Lakin buna yalnız bazar günləri icazə verilir.


- Kentukkidə ər-arvad olmayan müxtəlif cinsin nümayəndələri ictimai yerlərdə bir-birlərindən ən azı 15 santimetr aralı oturmalıdırlar.

- Kaliforniyada siçan tələsi almaq üçün mütləq polisin icazəsi olmalıdır.

- Massaçusetsdə üst paltarında yatmaq və dəfn mərasiminə əlcəkdə gəlmək qadağandır.

- İndianada soğan yemiş şəxs 2 saat ərzində ictimai nəqliyyatdan istifadə edə bilməz.


- Böyük Britaniyada parlamentin binasında ölmək qadağandır.

- Fransada donuza Napoleon adı qoymaq qadağandır.