www.nice.az > Maraqlı Məlumatlar > Bahalı qadın əşyaları

Bahalı qadın əşyaları


14 dekabr 2009. Müəllif: krik
Bahalı qadın əşyaları

Dünyanın ən bahalı ətri

Dünyanın ən bahalı ətri britaniyalı dizayner Klayv Kristian-a məxsusdur. Ağ brilyantlarla bəzədilmiş, nadir inqredientlərdən düzəldilmiş imperial Majestry N1 flakonun qiyməti 200 000 min ABŞ dolları təşkil edir. Bu ətir məhdudiyyətlə cəmi 10 flakon tirajı ilə buraxılır.
Reytinqdə Clive Christian`s adı ilə yerləşir. Təmiz dağ büllurundan düzəldilmiş, nadir flakonlara doldurulub. Flakonun qapağı 5 karatlıq brilyantlarla bəzədilib. Cəmi 10 nümunə satılıb.
Nadir Clive Christian ətrinin istifadəçiləri arasında kimlər var? Cənab Elton Con, aktrisa Keyti Xolms (aktrisa İtaliyada Tom Kruznan toyunda bu ətirdən istifadə edib).

Dünyanın ən bahalı ayaqqabısı

Dünyanın ən bahalı ayaqqabısı dikdaban + 960 yaqutla bəzədilib. Bu parıltılı ayaqqabılar məşhur zərgər Stuart Vaycman (Stuart Weitzman) tərəfindən adı gizli saxlanılan məşhur Hollivud aktrisası üçü n düzəldilib. Həmən aktrisa məhz bu ayaqqabını “Oscar” mükafatının verilməsinə geyinmək istəyirdi amma İranda müharibə başlandığı üçün onlardan imtina etdi və “Amerika əsgərlərinə mənəvi dəstək vermək üçün” daha sadə ayaqqabı geyinməyə qərar verdi.
Yaqutdan düzəldilmiş bosonojka “Oz ölkəsinin sehrbazı” filmindən Dorottinin ayaqqabısının eynidir.
Növbəti qiymət üzrə rekord həmçinin Vaycman tərəfindən düzəldilmiş ayaqqabılarına məxsusdur. Platin (ağ qızıl) saplardan toxunmuş və 464 brilyantla bəzədilmişdir. “Oscar” mükafatının verilməsinə “Malxoland drayv” filminin uzlduzu Lola Xarrinq onları geyinmişdir.


Dünyanın ən bahalı çantası

Louis Vuitton Tribute Patchwork çantası məşhur dizayner Mark Ceykobson tərəfindən yaradılıb. Bu çanta 15 ayrı-ayrı variantlı dəridən tikilib və çoxlu cib, ildırımlarla (zamoklar) bəzədilib. Yalnız bu ona bahalı və dəbli etmir. Dizayner deyir ki, bu çanta hər cür geyimlə uyğunlaşır və yalnız əla zövq əlaməti yox üstəlik nüfuzluq simvoludur.
İkitərəfli Tribute Patchwork aralarında nə üslubla, nə teksturası ilə, nədə rənglərlə uyğunlaşan 15 parçadan ibarətdir. Bir tərəfdən qızıl zəncir sallanır, o biri tərəfdən qeyri-adi detallar.