www.nice.az > Maraqlı Məlumatlar > Qadınların intihar etməsinin əsas səbəbi kişilərdir

Qadınların intihar etməsinin əsas səbəbi kişilərdir


26 noyabr 2009. Müəllif: saki_18
Qadınların intihar etməsinin əsas səbəbi kişilərdir


Elmira Süleymanova hesab edir ki, məişət zorakılığı qadınların psixologiyasına mənfi təsir göstərir.Azərbaycanda qadınların intihar etməsinin əsas səbəbi kişilərdir. Bunu ombudsman Elmira Süleymanova jurnalistlərə açıqlamasında deyib. Ombudsman hesab edir ki, kişilərin özlərinə qəsd etməsində qadınların günahı yoxdur. “Azərbaycanın cəzaçəkmə müəssisələrində 300-dən artıq məhkum qadın var. Onlardan bəziləri həyat yoldaşlarını öldürdükləri üçün oradadır və bunun günahı kişilərdədir. Mən buna tam əminəm”, - deyə o vurğulayıb.

Ombudsmanın sözlərinə görə, qadınların döyülməsi ailədə zorakılığın yeganə növü deyil. “Məişət zorakılığında ən vacib problem qadınların şərəf və ləyaqətinin alçaldılmasıdır” deyən E.Süleymanova qadınlara qarşı zorakılığa nümunə olaraq onların məcburi hamiləliyini və abortu qeyd edib.

Ombudsman bütün bu faktorların qadınların psixologiyasına neqativ təsir etdiyini bildirib.