www.nice.az > Maraqlı Məlumatlar > Ən etibarlı noutbuklar
Ən etibarlı noutbuklar7 dekabr 2009. Müəllif: krik |
![]() Orta hesabla üç il ərzində Asus noutbuklarının cəmi 15,6 faizində problemlər olur. Bu barədə bir neçə il ərzində 9 şirkətin istehsal etdiyi 30 min noutbukun etibarlılıq səviyyəsini araşdıran SquareTrade şirkətinin hesabatında bildirilir. Siyahının ikinci pilləsində Toshiba noutbukları yer alıb. Zəmanət üzrə üç il ərzində bu portativ kompüterlərin 15,7 faizinə dair müraciət qeydə alınıb. Etibarlılıq reytinqinin üçüncü yeri 16,8% göstəricisi ilə Sony noutbuklarına məxsusdur. Apple noutbukları dördüncü yerdədir. Üç il ərzində onların 17,4, iki il ərzində isə 10 faizində problemlər yaşanır. Reytinqin beşinci pilləsində 18,3 faiz zəmanət müraciəti ilə Dell şirkətinin portativ kompüterləri yer alıb. Altıncı yerdə 21,5 faizlə Lenovo yerləşdirilib. SquareTrade-in təqdim etdiyi siyahıda 7-ci yer Acer noutbuklarına məxsusdur. Üç il ərzində onların 23,3 faizi zəmanət təmirinə gətirilir. Səkkizinci yerin sahibi 23,5 faizlə Gateway noutbuklarıdır.9 istehsalçıdan ibarət etibarlılıq siyahısının sonuncu pilləsində HP şirkətinin noutbukları yer alıb. İki il ərzində satılmış HP noutbuklarının 15 faizi, üç il ərzində isə 25,6 faizi zəmanət təmirində olur. SquareTrade-də qeyd edirlər ki, istənilən istehsalçının nasaz noutbuklarının sayı bir illik istifadədən sonra xeyli artır. Şirkətin hesabatında qeyd olunur ki, alınandan bir il sonra 4.7% portativ kompüterdə problemlər yaranır. İkinci il ərzində bu rəqəm 12,7 faizədək arta bilər. Üçüncü istifadə ilində isə 20,4 satılmış noutbuk zəmanət təmirinə gətirilir. Tədqiqatçılar həmçinin bildiriblər ki, netbuklarda nasazlıqlar noutbuklardan daha çox olur. |