www.nice.az > Maraqlı Məlumatlar > Yapon alimi: "İslam ən doğru dindir!"
Yapon alimi: "İslam ən doğru dindir!"2 dekabr 2009. Müəllif: krik |
![]() Yapon alimi Masaru Emoto, su molekulları üzərində apardığı araşdırmalarda Quran oxuyarkən və ya müəzzin azan oxuyarkən, sudakı molekullarda əmələ gələn titrəşmələrin mükəmməl bir altıbucaqlı yaratdığını kəşf edib. Emo qısa bir müddət əvvəl Misirə gedərək Qahirə Universitetində apardığı araşdırmanın nəticələrini həmkarları ilə paylaşıb. Misir dövlət televiziyasında yapon elm adamının əldə etdiyi tapıntılar professorlar tərəfindən müzakirəyə açılıb. Quran oxunarkən suyun necə dəyişdiyini müzakirə edən elm adamları, insan bədəninin yüzdə 70-nin sudan ibarət olduğundan başlayaraq İslamın ən doğru din olduğu nəticəsinə çatıblar. Ayrıca olaraq, Quran oxuyan və Allaha duan edən insanların dinclik və xoşbəxtlik əldə etməsinin səbəbinin də bu olduğu bildirilib. Bu mövzuda daha çox araşdırmaların aparılması lazım olduğuna işarə edən misirli alimlər, Quran səsinin su molekullarını dəyişdirməsi ilə ibadət edənlərin şiddətdən uzaq dayanması arasında da bir əlaqə olduğunu bildiriblər. |