www.nice.az > Maraqlı Məlumatlar > Qeyri-ixtiyari yazdığımız cızma qaralar bizdən nə deyir...
Qeyri-ixtiyari yazdığımız cızma qaralar bizdən nə deyir...2 oktyabr 2012. Müəllif: Menekşe |
![]() Əlimizə qələm alan kimi onun necə yazdığını bilmək üçün yoxlayırıq və hər bir insan ayrı-ayrılıqda vərəqdə nəsə cızma-qara edir. Psixoloqlar əmin edir ki, 18 yaşdan 34 yaşa qədər hər 10 insandan 9-u, 65 yaşa qədər isə hər 10 insandan 6-sı əlinə qələm alan kimi nələrsə yazır və çəkir. Məşhur Amerika prezidenti Jon Kennedi adətən yelkənli qayıq çəkirdi və psixoloqlar belə insanın böyük enerjiyə və inadkarlığa malik olduğunu deyirlər. 1. Əgər rəqəmlər yazırsınızsa - Belə insanlar adətən daha çox pul haqqında fikirləşir, haradan nə qədər qazanacaqlarını çox ölçüb biçirlər. 2. Əgər günəş şəkli çəkirsinizsə - Heç də çəkdiyiniz sizin əhvalınıza uyğun deyil, sizin qayğıya və diqqətə ehtiyacınız var, sizə yaxın dost lazımdır. 3. Əgər həndəsi fiqurlar (üçbucaq, romb, kvadrat, kub) çəkirsinizsə - Belə insanlar açıq danışan olur, güclü intellektə və məntiqə malik lider insanlardır. 4. Əgər yarpaq və ya gül çəkirsinizsə - Belə insanlar mərhəmətli olur, həssas və başqalarının yardımına qaçan insanlardır. |