www.nice.az > Maraqlı Məlumatlar > Məhəmməd Hüseyn Şəhriyar-Azərbaycan

Məhəmməd Hüseyn Şəhriyar-Azərbaycan


25 noyabr 2009. Müəllif: krik
Məhəmməd Hüseyn Şəhriyar-Azərbaycan

Azərbaycan

Can qurban etmənin vaxtı çatıbsa,
Səndən hansı namərd əsirgəyər can?
Qoyuram başımı ayaqlarına,
Ey ana torpağım, ey Azərbaycan!

Üstünə atəşlər yağan torpağım,
Məhəbbət ocağım, ülfət ocağım.
Ey mənim hamıya bar verən bağım,
Ah çəkmə, buludlar yanar ahından.

Ey çörək yerinə yaralar yeyən,
Al-əlvan yerinə qaralar geyən,
Anam, mehribanım, söylə, nə zaman
Qandal açılacaq əl-ayağından?


Tarix az görməyib quduranları,
Qanlını qan tutar, qandır onları.
Ey mənim xalqımın vüqarlı qartalı,
Enmə öz zirvənin ucalığından,
Ey ana torpağım, ey Azərbaycanım!