www.nice.az > Maraqlı Məlumatlar > Axı bu kişiləri necə dəyişmək olar?!
Axı bu kişiləri necə dəyişmək olar?!21 sentyabr 2012. Müəllif: SiMPLe_GiRL |
![]() Bir kişi, birlikdə olduğu qadına necə davranmağı ilk olaraq ailəsində gördüyü davranışlarla öyrənir. Lakin bir ana, ərköyün və hər istədiyi yerinə yetirilən bir kişi yetiştirdiyində, ondan sonra gələcək qadına daha çox iş düşər. Qadınların məsuliyyətinin əslində öyrətmək deyil, sevmək və sevilmək olması lazımdır. Buna görə sevgilinizin anası haqqında ola bildiyi qədər çox məlumat əldə edin. Davamlı anasından bəhs edən, etdiyiniz hər şeyi, məsələn; bişirdiyiniz yeməkləri ya da evdəki nizamı anasının vərdişləriylə müqayisə edən bir kişi ilə olmaq çox çətindir. Bir anda sevgilinizlə maraqlanmaq yerinə anasıyla özünüzü yarış halında hiss edərsiniz. Anası ilə əlaqəsinin normal olması ən idealıdır. Yetkin bir kişinin, anasının qanadları altından çıxıb öz ayaqları üstündə dayanması lazımdır. Kənardan ailəsinə göstərdiyi hörmət, onun sizinlə yaşadığı əlaqədə də nə şəkildə davranacağına dair bir ipucudur. Siz nə qədər «Mən onunla birlikdəyəm, ailəsi məni maraqlandırmır» deyə düşünsəniz belə əslində onların təsirləri əlaqənizin bir parçası olacaq. Hətta bir müddət sonra ailəsiylə olan əlaqəsini təşkil etmək yenə sizə düşə bilər. Əgər ailəsiylə arası yaxşı olmayan bir kişi ilə bərabərsinizsə, aralarını düzəltmək sizin əlaqənizi də daha müsbət bir havaya sala bilər. Çünki bu sayədə həm ailəsi həm də yoldaşınız, quruluşçu rəftarınız qarşısında sizi daha çox sevib hörmət göstərməyə başlayacaq. |