www.nice.az > Maraqlı Məlumatlar > Tam ovucumuzun içində....

Tam ovucumuzun içində....


20 sentyabr 2012. Müəllif: SiMPLe_GiRL
Tam ovucumuzun içində....

Bir zamanlar həddən artıq çox ağıllı, elmli olan iki bacı varmış.
Ətraflarındakı və məktəbdəki bütün məlumat onlara kifayət etməz olmuş. Bir gün anaları onları dağdakı müdrik bir adama aparmağa qərar vermiş.
Qızlar, müdrik adamla bir müddət çox xoşbəxt olmuşlar amma sonra sıxılmağa başlamışlar,"Müdrikin bilməyəcəyi bir sual tapmaq lazım" deyə düşünmüşlər...
Qızlardan biri "Tapdım!" deyə sevinmiş.
İki elimin arasına bir kəpənək qoyacağam və müdrik adama soruşacağam:
"Ovucumun içində bir kəpənək var. Canlımı, olümü?" Əgər olü desə, kəpənəyi buraxacağam. canlı desə, ovucumu yüngülcə basdıracağam və kəpənək öləcək.
Hər nə desə desin cavabı bilməyəcək."
Qızlardan biri bağlı saxladığı əllərini müdrikə doğru uzatmış.
Və soruşmus: "Ovucumun içində bir kəpənək var: canlımı, ölümü?"
Müdrik adam cavab vermədən əvvəl uzun müddət qızın gözlərinə baxmış və cavablandırmış:
"Sənin əlində qızım. Sənin əlində... canlı qalması da sənin əlində ölü olması da!"

İndi həyatımıza və xoşbəxtliyimizə baxaq. Harada? Açaq ovucumuzu...Bizim əllərimizdə: Tam ovucumuzun içində....