www.nice.az > Maraqlı Məlumatlar > Həyat...
Həyat...19 sentyabr 2012. Müəllif: SiMPLe_GiRL |
![]() Həyat..... Tərifini vermək asan olmayan bir söz... Kimiləri Onu dillərinə gətirməsələr də maddiyyatda, kimiləri vətəndə, kimiləri sevgidə, kimiləri ibadətdə, kimiləri öz ailələrində görür... Həyatmusiqiyə bənzəyir . Ən gözəl hissəsinə - nəqarətinə qulaq asmaq istəyirsən... Həyat kinder surprise bənzəyir. İçərisindən nə çıxacağını düşünmək belə olmur... Həyatdilək ulduzuna bənzəyir . Onu ilk görən , ilk dilək tutan sən olmaq istəyirsən... Həyat acı şokalata bənzəyir. Acılığını hiss etsən də həvəslə yeyirsən... Həyat filmə bənzəyir. Kimi dram, kimisi romantik, kimisi fantastik janrlarında onu yaşayırlar... Həyat sən heç dəyişmirsən... Dəyişən bizik... Sən hər zaman eynisən. Bəzən səni də dəyişdirən biz oluruq. Həyat sən heç nəyə bənzəmirsən...! Nələrəsə bənzəyən biz insanlarıq və hər zaman günahı səndə axtarırıq...! Allahın verdiyi canı, bəndə alırsa həyat buna nə etsin...?! İnsan harama əl uzadırsa həyat buna nə etsin...?! Tox acın halından anlamırsa, anlamağa cəhd etmirsə həyat buna nə etsin...?! Ən gözəl vəzifə - analıqdan imtina edilirsə həyat buna nə etsin...?! |