www.nice.az > Maraqlı Məlumatlar > Həyat nədir?

Həyat nədir?


31 avqust 2012. Müəllif: SiMPLe_GiRL
Həyat nədir?

Həyat xoşbəxt yaşamaqdır... Ölümə hazır olmaqdır

Həyat dəyər verməkdir... Dost qiymətin bilməkdir

Həyat su kimi axmaqdır... Və dənizə qovuşmaqdır

Həyat bir limandır... Qısa bir zamandır

Həyat yaşamağı bilməkdir... Həyat aşiq olmaqdır

Bir yerə yapışmaqdır... Həyat həmişə maraqlanmaqdır

Marağını aradan qaldırmaqdır... Həyat hazırlanmaqdır

Həyat nəfəs alıb verməkdir... Ölərkən günahsız ölməkdir

Həyat bilmədiyini bilməkdir... Və öyrənməyə davam etməkdir

Həyat əlinlə qələm tutmaqdır... Haqqıyla tələbə oxutmaqdır

Səbirsizliklə gözlənilməkdir... Həyat ölümü bilməkdir

Ölümə gülümsəməkdir... Haqqdan yana olmaqdır

Həyat bir müddət piyada getməkdir... Yaşlanıb ayağını sürüməkdir

Həyat hər kəsə salam verməkdir... Bütün insanlara gülümsəməkdir

Həyat günahlara dalmaqdır... Sonra dönüb peşman olmaqdır

Həyat yaşayarkən yatmaqdır... Ancaq ölümlə oyanmaqdır

Həyat candır canandır... Allahaqul olmağındır

Həyat yaşamaqdır... Həmişə canlı olmaqdır

Həyat qısa bir xəttdir... Ya da yanıq bir melodiyadır

Həyat insanları sevməkdir... Gözəl yaşamaq və ölməkdir

Həyat bəlkə hər şeydir... Bəlkə də heç bir şeydir

Həyat çətin bir imtahandır... Həyat məsuliyyətdir

Həyat yaşamaqdır... Yaşamaq sənətdir

Həyat məncə puldur... Pulsuz həyat çox çətindir

Həyat sağlamlıqdır, sevgi, hörmətdir... Həyat xoşgörüşdür və azadlıqdır

Həyatdan dərs almamaq bir korluqdur

Narkomana soruşsan dərin bir nəfəs almaqdır

Həyat yerlə göy arasında sıxışıb qalmaqdır

Keçmişdən dərs alıb, gələcəyə addımlamaqdır

Həyat hər gün nərdivanı çıxmaqdır... Hər gün doğan yeni günə ümidlə baxmaqdır

Həyat bizə verilən məhdud bir zamandır... Əslində bizim üçün ÇƏTİN bir imtahandır