www.nice.az > Maraqlı Məlumatlar > Çin Səddi Dağıldı!

Çin Səddi Dağıldı!


13 avqust 2012. Müəllif: Candy
Çin Səddi Dağıldı!

Şiddətli yağışlar nəticəsində yaranan sellərin, Çin səddinin bir hissəsini dağıtdığı açıqlandı.

Çinin şimalında olan Çin səddinin Hıbey əyalətindəki hissəsinin şiddətli yağışların səbəb olduğu sellər səbəbiylə dağıldığı bildirildi. Səlahiyyətlilər, şiddətli yağışlar nəticəsində səddin Dacingmın adlı hissəsini yıxdığını qeyd etdi.

Yıxılan 36 metrlik qisimdə təmir işlərinin başladığı ifadə edilərkən, səddin eyni bölgədə zəifləyən təbəqələrinin də gücləndirildiyi ifadə edildi. Çində yağış mövsümü başladığından bu yana ölkə daxilində şiddətli yağışlar görülür.

Ölkədə keçən ay paytaxt Pekində son 60 ilin ən şiddətli yağışı yaşanmış və 79 adamın ölümünə səbəb olmuşdu.