www.nice.az > Maraqlı Məlumatlar > 7 nəfərin beynini yedilər
7 nəfərin beynini yedilər24 iyul 2012. Müəllif: Candy |
![]() Papua Yeni Ginenin Madang bölgəsində 7 adamı öldürdükdən sonra beyinlərini yeyən "adamyeyən təriqəti"nə mənsub 29 adam, polisin təşkil etdiyi əməliyyatda həbs olundu. Aralarında 8 qadının da olduğu təriqət üzvlərinin, bölgədə "cadugərlik" edən kəsləri hədəf aldığı ifadə edilir. "Cadugərlərin" ölüm ya da lənət caduları qarşılığında xalqdan hədsiz pullar tələb etdiyi, hətta bəzi hadisələrdə cadunu etdirmək istəyən qadınlara cinsi əlaqə təklif etdiyini yazan səlahiyyətlilər, bu vəziyyətin reaksiyaya gətirib çıxardığını söyləyir. "Cadugərlərin" orqanlarını yeyərək onların güclərinə sahib olacaqlarını düşünən təriqətin 1000-i aşan üzvü var. |