www.nice.az > Maraqlı Məlumatlar > İtlər üçün pivə buraxılır

İtlər üçün pivə buraxılır


24 iyul 2012. Müəllif: Candy
İtlər üçün pivə buraxılır

Braziliyada itlər üçün xüsusi pivə satışa çıxarılıb.

İtlər üçün pivə Rio de Janeyro ştatındakı Senai Texnologiya İnstitutunun pivə bişirmə departamentində hazırlanıb.

Yeni ticari nişanın sahibi, iş adamı Marko Melunun dediyinə görə, itlər üçün nəzərdə tutulmuş pivə alkoqolsuzdur, çünki itlər spirtə nifrət edirlər.

Melunun dediyinə görə, bundan sonra itlər üçün xüsusi şərablar, meyvə şirələri, hətta enerji içkisi də istehsal olunacaq. Tərkibində şəkər olmayan, az laktozalı "it dondurması" isə artıq satışdadır.