www.nice.az > Maraqlı Məlumatlar > Axtarışda olan şübhəli şəxs robot şəklini bəyənmədiyi üçün görün nə etdi..?
Axtarışda olan şübhəli şəxs robot şəklini bəyənmədiyi üçün görün nə etdi..?9 noyabr 2009. Müəllif: XP |
![]() Matthew Maynard adlı oğurluqda şübhəli bilinən və axtarışda olan şəxs polis tərəfindən çəkilən robot şəklini bəyənmədi və müstəntiqlərə telefonu ilə daha yaraşıqlı göründüyü, yeni bir şəkilini göndərdi... :) İngiltərə’nin Galler əyalətində oğurluq etdikdən sonra "yoxa çıxan" bu şəxs bir gün səhər qəzetlərdə öz şəklini gördü və çox əsəbləşdi. Səbəb isə onun robot şəklinin çox eybəcər görünməsi idi. Bundan qəzəblənən 23 yaşlı Maynard bir polis maşının yanında öz şəklini çəkdirdi və bunu müstəntiqlərdən birinin telefonuna göndərdi. Əyalətin polis rəisi Swansea oğrunun bu hərəkətinə öz hisslərini gizlədə bilməyərək, bunları dedi: "O, özünü ağıllı hesab edir? Eybi yox, tez-gec düşəcək əlimə. Onda mən onunla elə məzələnəcəyəm ki, heç vaxt unutmayacaq. O, qısa vaxtda tapılacaq. Çünki axmaqdır. Artıq onun əsl şəkli əlimizdə var." Tərcümə etdi: XP |