www.nice.az > Maraqlı Məlumatlar > Yeni Ay tapıldı
Yeni Ay tapıldı19 iyul 2012. Müəllif: 115-MIZ |
![]() ABŞ-dakı Cənub-Qərbi Tədqiqat İnstitutunun professoru, "Yeni üfüqlər" layihəsinin rəhbəri Alan Şternin dediyinə görə, "Yeni üfüqlər" adlı kosmik aparatı 2015-ci ildə Plutona yaxınlaşacaq. Plutonun yeni, 5-ci peykinin orbitində alimləri nələr gözlədiyini kimsə bilmir və bu səbəbdən də planetin ətrafındakı kosmik obyektlərin araşdırılması davam edir. "Bu qədər təbii peykin varlığı göstərir ki, Plutonun ətrafında hələ bilmədiyimiz xeyli kiçik hissəciklər var", - Con Hopkins Universitetinin professoru Harold Uiver deyib. 13,4 m/s saniyə sürətlə hərəkət edən kosmik aparatı isə hətta qırma boyda səma cismi məhv edə bilər. Alimlərin fikrincə, Plutonun ətrafında təbii peyklərin sayının çoxluğu planetin uzaq keçmişdə, midyardlarla il əvvəl buzlu səma cismi ilə toqquşduğunu göstərir. Plutonun ən böyük təbii peyki diametri 1043 kilometr olan Harondur. Niktanın diametri 32, Hidranın - 113, R4-ün diametri isə 34 km-dir. Yeni Ayın diametri 24 km-dir və o, Plutondan 47 min kilometr uzaqdadır. Yeni Ayın hərəkət orbitləri Plutonun digər təbii peykləri ilə eyni müstəvidədir. Yeni Ayı amerikalılar S/2012 (134340) 1 adlandırıblar. Pluton planetini 1930-cu ildə amerikalı astronom Klay Tombau kəşf etmişdi. |