www.nice.az > Maraqlı Məlumatlar > Etiraf edirəm ki...

Etiraf edirəm ki...


11 iyun 2012. Müəllif: SiMPLe_GiRL
Etiraf edirəm ki...


Etiraf edirəm ki, hansı etirafdan başlayıb, hansı ilə bitirəcəyimi hələ dəqiqləşdirməmişəm.
- Etiraf edirəm ki, həmişə publikanın diqqət mərkəzində olmağı xoşlamışam.
- Etiraf edirəm ki, yalan danışmağı xoşlamasam da, lazım gələndə bunu çox ustalıqla bacarıram.
-Etiraf edirəm ki, hərdən çox kobud oluram.
-Etiraf edirəm ki, əvvəllər etdiyim bəzi səhvlərə görə çox peşman olsam da, büruzə verməməyə çalışıram.
-Etiraf edirəm ki, uşaqlığım inanılmaz dərəcədə maraqlı keçib.
-Etiraf edirəm ki, utancağam və daima boğmağa çalışdığım komplekslərim var.
-Etiraf edirəm ki, “etiraf edirəm ki” ifadəsini hər dəfə yazmaqdan bezdim artıq :)
-Etiraf edirəm ki, hal – hazırda layiq olduğum yerdə olmadığımı düşünürəm, ancaq gələcəkdə layiq olduğumdan da daha artığını qazanacağıma əminəm.
-Etiraf edirəm ki, axır ki, ağlıma gəldi ki, “etiraf edirəm ki” ifadəsin copy eləyim və hər cümlənin əvvəlində paste eləyim.
-Etiraf edirəm ki, yaltaqlanmağı bacarmamağım bəzən mənə ziyan eləyir.
-Etiraf edirəm ki, insanlar ilk baxışdan mənim özümdənrazı olduğumu düşünür, ikinci baxışdan buna əmin olur, tanıdıqdan sonra isə belə düşündüklərini ETİRAF edib, üzr istəyirlər.
-Və sonda etiraf edirəm ki, edə biləcəyim hələ çox etiraf var idi, amma etmədim...