www.nice.az > Maraqlı Məlumatlar > Kinder Surprise haqqında maraqlı faktlar

Kinder Surprise haqqında maraqlı faktlar


23 may 2012. Müəllif: Bad girl
Kinder Surprise haqqında maraqlı faktlar

Kinder Surprise haqqında maraqlı faktlar!!! Maraqlı və məsləhətli
Kinder Surprise-surprizlərlə dolu və şokoladlı bu yumurta artıq neçə illərdirki uşaqların sevimli oyuncağına çevrilmişdir. O xaricdən ikiqat yumurta formasında olan qatla örtülmüşdür, daxildən isə müxtəlif kiçik oyuncaqlar olan plastik konteynerdən ibarətdir.


Kinder Surprise-ilk dəfə 1972-ci ildə isveçrəli dizayner Henry Roth tərəfindən yaradılmışdı. Onun ilk partiyası bir saat ərzində tamamilə satılmışdı.


Bu yumurtaların təxmini çəkisi 35 qrama bərabər olur. Onun təkibindəki süd komponentlərinin miqdarı isə 32%-dir. Bu da onun heç də zərərli olmadığını göstərir.



Yumurtanın içindəki oyuncaqlar məxsusi Kinder Surprise üçün hazırlanır və özünəməxsusluğu ilə seçilir. Hər il oyuncaqların mütəlif 100-ə yaxın növü istehsal olunur. Onlar adətən plastmasdan, metaldan hətta ağacdan hazırlanır.


Hal-hazırda 60-a yaxın ölkə Kinder Surprise alış və satışı ilə məşğuldur və mövcud olduğu vaxtdan bəri isə 30 milyarda yaxın Kinder Surprise satılmışdı. 2007-ci ilin fevralımda keçirilən hərracda isə 90000 kinder oyuncağı 30000 euroya satıldı.


Bu şokoladlı yumurtanın satışı ABŞ-da qadağan olunmuşdu. Beləki,1938-də çıxarılan qərara əsasən qida məhsullarının tərkibinə qeyri-qida məhsulları qoymaq olmaz.


Hal-hazırda "Kinder Surprise" istehsalı ilə məşğul olan "Ferrero" kompaniyası həmçinin Ferrero, Raffaello, Fiesta, Nutella; Duplo, Тic-Tac və s. kimi başqa məhsulları ilə məşhurdur.

Bu surpriz yumurta İspaniyada və İtaliyada "Kinder Sorpresa" , Almaniyada "Kinder Uberraschung", Portuqaliya və Braziliyada "Kinder Surpresa", İsveç və Norveçdə "Kinderoverraskelse", ABŞ-da isə "Kinder Surprise" kimi səslənir.