www.nice.az > Maraqlı Məlumatlar > Kəndin ən gözəl qızları [7 Foto]

Kəndin ən gözəl qızları [7 Foto]


22 may 2012. Müəllif: GHoSTMaN
Rusiyanı Bakıda keçiriləcək “Eurovision-2012” mahnı yarışmasında təmsil edəcək “Buranovalı nənələr” bu gün ilk yarımfinala çıxacaqlar. Artıq indidən əksər bukmeyker kontorları nənələri yarışın favoritləri sırasında görürlər. İstər jurnalistlər, istərsə də digər ekspertlər arasında keçirilən sorğularda “Buranovalı” nənələr sıralamada hamını qabaqlayır.

“Buranovalı nənələr”in” “Eurovision-2012” -yə vəsiqə qazanmasından sonra onlar haqda çox yazılıb. Bu qoca, yaşlaşmış ancaq şən nənələrin fotoları dünyanın əksər KİV-ni bəzəyir. Amma onlar da necə deyərlər vaxtı ilə cavan olublar. Özü də çox gözəl, çoxlarını ağlını başından alan gözəllər. Sizə nənələrin gənclik şəkillərini və qısa təqdimatı təqdim edirik. Dünyanı təəccübləndirən və bəlkə də mayın 26-da qələbə qazanaraq heyrətləndirəcək nənələrlə bir az keçmişə də qayıdaq.


Kəndin ən gözəl qızları [7 Foto]

1. Ən yaşlı nənənin 76 yaşı var. Natalya Yakovlevna Puqaçova adaşı kimi şəndir. Kollektivin üzvlərini daim şən əhvalda olmasına çalışır. Ömrü boyu kolxozda işləyib. Bir vaxtlar kəndin ən gözəl qızı sayılırmış.



Kəndin ən gözəl qızları [7 Foto]

2. Qrupun necə deyərlər, «əsas səsi» 74 yaşlı Yekaterina Şklyayevadır. Yekaterina Semyonovna 4-cü sinifdən məktəbi atıb, xəstə anasına qulluq edib. İjevskdə mexanika zavodunda fəhlə, sonradan isə suvaqçı-rəngsaz işləyib.

Kəndin ən gözəl qızları [7 Foto]

3. 62 yaşlı Qranya Baysarova toxucudur. Qrupun bütün üzvlərinin corablarını bu udmurt qadın toxuyub. 25 yaşı olanda Buranova kəndinə köçüb. İndiyəcən orda yaşayır. Sağıcı kimi də Udmurtiyada məşhurdur.

Kəndin ən gözəl qızları [7 Foto]

4. Alevtina Gennadiyevna Beqişevanın 54 yaşı var. Kolxozda mühasib işləyir. Həm də qrupun maliyyə hesabatını aparır.


Kəndin ən gözəl qızları [7 Foto]

5. Daha bir 74 yaşlı nənə Valentina Pyateçenko əlildir. 1998-ci ildə əlini dəzgahda kəsib. Səhnəyə çıxanda protezlə çıxır. İxtisasca filoloq olsa da, bu sahədə bircə gün də işləməyib.


Kəndin ən gözəl qızları [7 Foto]

6. Qalina Nikolayevna Konevanın 73 yaşı var. Uşaq baxçasında dayə işləyib. Xizəkçilik üzrə idman ustasıdır.


Kəndin ən gözəl qızları [7 Foto]

7. Zoya Serqeyevna Dorodovanın 72 yaşı var. Çörək zavodunda xəmiryoğuran, sonra isə kolxozda sağıcı işləyib. Təqaüdə çıxana kimi isə Buranova məktəbində bufetçi işləyib.