www.nice.az > Maraqlı Məlumatlar > Qədimdə buğdanı pivə üçün əkirdilər, çörək üçün yox
Qədimdə buğdanı pivə üçün əkirdilər, çörək üçün yox21 may 2012. Müəllif: GHoSTMaN |
Pivə: tarixi, hazırlanması, içilməsi qaydaları O, ən qədim içkilərdən sayılır. Onun keçmişi neolit dövrünün əvvəllərinə dayanır (eramızdan 9000 il əvvəl). Pivənin səkkiz min il əvvəl misirlilərin buğdadan çörək hazırlamaq cəhdlərinin sayəsində yarandığı iddia edilir. Bəzi alimlər isə arxeoloji araşdırmaları sübut gətirərək əksinə, buğdanın illərlə pivə istehsalı üçün yetişdirildiyini, müəyyən zaman sonra isə ondan çörək istehsal edildiyini qeyd edir. Tarixi sənədlərdə misirlilər ilə yanaşı e.6000 il əvvəl şumerlilərin, babillilərin və mesopotamiyalıların da bu içkini hazırladıqları bildirilir. Ancaq onun geniş istehsalı Misirlə bağlıdır. Pivə eramızdan 2800 il əvvəl Misir fironlarının təşkil etdirdiyi şənliklərdə qonaqlara qiymətli içki kimi təqdim edilirdi. 3-cü Ramzesin dövründə isə həkimlər onu bal ilə qarışdırıb müalicə niyyəti ilə xəstələrə verirdi. Pivənin Misir, Şimali Afrika yolu ilə Avropa ölkələrinə gətirildiyi faktı əsas götürülsə də onun Afrika və İspaniyadan Yunanıstana, Romaya, sonra da Almaniyaya gətirildiyi faktı da istisna olunmur. Avropaya ayaq açan pivə tez bir zamanda qədim romalıların və alman tayfalarının ən sevimli içkisinə çevrilir. Xristianlığın yayılmasından sonra isə rahiblər monastırlarda onun istehsalını genişləndirdilər. 10-cu əsrdən bu günə kimi isə Almaniyada, Hollandiyada, İngiltərədə, Fransada pivə ən çox içilən içki oldu. 1516-cı ildə isə Almaniyada pivə haqqında ilk dəfə “Pivənin saflığı qanunu†qəbul edilir. Bu qanunla pivənin hazırlanması üsulu standart kimi öz təsdiqini tapdı. Pivəni necə hazırlayırlar? Pivə buğda, arpa, yulaf, çovdar, darı, düyü, qarğıdlı kimi dənli bitkilərdən istehsal edilir. Amma əksər istehsalçılar onu arpadan hazırlamağa üstünlük verir. Çində isə düyüdən hazırlanan pivə daha çox sevilir. Orta əsrlərdə daha çox kasıb içkisi hesab edilən pivə indi ən bahalı çaxırlarla belə müqyisə edilə bilər. Proses nişastanın emalı ilə başlayır. Pivənin əsas tərkib hissəsi su, arpa, mayaotu otudur. Hissə-hissə acıtmanın təsiri ilə biokimyəvi olaraq dəyişdirilən bu tərkib bir neçə mərhələdən keçərək bizim süfrələrimizə gəlir. Əvvəlcə isladılan arpa cücərənə qədər saxlanılır. Cücərmiş arpa sonra əzirlir. Əzilmiş qarışıq istiliyi 60 °C olan suya əlavə edilir və istilik 75 °C -ə qalxana kimi dayanmadan qarışdırılır. Beləliklə arpanın tərkibində olan nişasta tədricən şəkərə çevrilir. Daha sonra isə bu şəkərli qatı mayeyə mayaotu əlavə olunur. Bu ot pivəyə xüsusi qoxu və şəffaflıq verir. Daha sonra qaynadılan məhlul süzgəcdən keçirilir. Soyuyan məhlula pivə mayası əlavə edilir. Qeyd edim ki, pivə mayası cild, süd vəzisi və həzm xəstəliklərinin müalicəsində istifadə olunur. Alkoqol qıcqırdılması zamanı məhlulun tərkibinə daxil edilən maya nişastanın etanola və karbon turşusuna çevrilməsinə şərait yaradır. Böyük təzyiq altında sıxılan pivənin tərkibində karbon turşusunun bir hissəsi qalır. Əsas qıcqırtma prosesi bir həftədən sonra başa çatır və alınan pivə içkisi 4- 6 həftə saxlanılır ki, qıcqırtma prosesi davam etsin. Vaxt bitəndən sonra pivə qablaşdırılır. Standart olan pivənin tərkibində 20 qram alkaqol olur. Bu rəqəm pivənin növündən asılı olaraq 60-70 qram da ola bilər. Dünyada ən çox tanınan pivələr Lager- almanların hazırladıqları az alkaqollu, sarı rəngli pivədir. Bir bavariyalı ildə 240 litrə kimi Lager içə bilər. Bu pivə əlavə heç nə qatılmadan su, arpa, maya və mayaotu bitkisindən hazırlanır. Almaniyada ümumilikdə 5000 adda pivə istehsal olunur. Ale- İngilis pivəsi. Orta alkaqollu, Lagerdən daha tünd olan pivə. Bu pivə yüksək tempraturda qovrulan arpadan hazırlanır. Bock- tünd rəngli, yüksək alkaqollu alman pivəsi. Geuze- Belçika pivəsi. Digər pivələrdən aromalılığı ilə fərqlənir. İçinə qatılan biyan kökü onun rəngini daha tünd edir. Bu pivə az da olsa kola içkisinin dadını xatırladır. Stout- İrlandiya, İsveçrə pivəsi. Rəngi qaraya çalan yüksək alkaqollu içki. Çox asan içilə bilməyən bu pivə növü sizə qızardılmış çörək dadını xatırlada bilər. Pilsener- Çexoslavakiyanın Pilsen kəndinin adı ilə məhşurlaşan pivə öz dadı və rəngi ilə Lagerə bənzəyir. Sadəcə, alkaqolluğunun yüksəkliyi onu Lagerdən fərqləndirir. Qeyd edim ki, Türkiyədə istehsal olunan pivə növlərinin əksəriyyəti Pilsener sinfinə aiddir. Pivəni necə içməli Pivə soyuq halda içilən içkidir. Ancaq nə qədər soyuq? Bir çox Avropa ölkələrində ən çox satılan lager və pilsener növlü pivələr 4- 8 dərəcə istiliklə içilsə, onların əsl dadı damağa xitab edə bilər. İdeal temperaturu isə 6 dərəcədir. 4 dərəcə altında içilən pivənin əsl dadını almaq mümkün deyil. Pivəni nə qədər soyuq içsəniz, elə hesab edə bilərsiniz ki, siz pivə yox soyuq mədən suyu içmisiniz. İngilislər isə pivələrini 7-11 dərəcə arasında içməyə üstünlük verirlər. Ale pivəsi çox soyuq olanda onun əsl dadı bilinməz. Aleni soyuq içmək istəyən ingilis onu 5-6 dərəcədə ideal hesab edir. 3 dərəcə soyuqluqda pivə əvvəl kristallaşır, sonra da donur. Onu dondurucuda unutmusunuzsa, onu artıq içməsəniz yaxşı olar. Çünki onun isti yerdə donu açılsa da dadı düzəlməyəcək. Pivə bakala töküldüyü andan qızınmağa başlayır. Onun üçün pivə sifariş edərkən barmendən onu soyuq bakala tökməsini xahiş edin. Əgər barmen soyuq bakalın olmamasını desə, ən azından ikinci dəfə sizə pivəni soyuq bakalda gətirməsini istəyin. Soyuq bakalda pivə daha çox “tərləyirâ€. Bu da onun görüntüsünü daha da gözəl edir. Pivəni içərkən çalışın bakalın qulpundan tutun ki, əlinizin istisi onu isitməsin. Pivə və köpük Pivəni bakala köpüksüz halda tökmək elə bir məharət tələb eləmir. Əksinə, o bakalda nə qədər köpüklüdürsə, dadı da bir o qədər sizə yaxın olar. Bakaldakı köpüyü pivənin tərkibindəki qazlar yaradır, köpük pivənin tərkibindəki mayaotunun (şərbətçi otu) ona verdiyi xüsusi dadı ortaya çıxarır. Keyfiyyətli pivə köpüklü olmalıdır. Mağazalardan pivə alarkən çalışın şüşə qablara üstünlük verəsiniz. Dəmir qablardakı pivələr şüşə qablardakına nisbətən az köpüklü olur. Köpük siz pivənizi içib qurtarana kimi yox olmasa daha yaxşıdır. O pivə ilə birgə azalmalıdır. Pivəniz bitdi amma bakalda köpük qalıbsa onu içməyin. O pivədən çox tərkibində su gizlədir. Köpüyün bir özəlliyidə ondadır ki, o pivənin üzərini örtərək onu tez isinməkdən qoruyur. Pivənin yanına yaraşanlar Pivə içərkən əlbəttə ki, onun yanına müxtəlif məzələr sifariş edirsiz. Bu sifarişlər də hər kəsə görə fərqli olur. Bəziləriniz pivənin yanına qovrulmuş fıstıq, bəziləriniz isə kartof çipslərini daha çox yaraşdıra bilərsiz. Amma əminəm ki, çoxlarınız pivəni duzlanmış noxud ilə içməyə üstünlük verirsiz. Ancaq bunlarla yanaşı pivəni arada duzlu partlamış qarğıdalı ilə də sifariş edin. Partlamış qarğıdalı mədənizdə yaranan şişkinliyi də azaldacaq. Bundan əlavə pivəni hisə verilmiş pendir, kolbasa, xırda dəniz xərçəngi və ya duzlu balıq, qızardılmış toyuq qanadları ilə də sifariş edə bilərsiniz. Alkoqolu az olan pivələr limon dilimləri ilə də yaxşı harmoniya yarada bilər. Razı qalacağınızdan əmin olun. Pivə və sağlamlıq Hər şeyin artığı ziyanlıdır. Nizami Gəncəvinin yazdığı kimi: Bir inci saflığı varsa da suda, Artıq içiləndə dərdə verir o da. Pivə də nəticədə alkoqollu içkidir. Onu qədərində içmək sizi sərinləşdirər və xəfif halda keyfinizi qaldırar. Bir çox pivəsevərlər onun qarnı böyütməsindən şikayətlənir. Bəli, bu düzdür. Əgər siz pivə mövsümü başlayandan hər gün 7 bakal pivə içsəniz, mövsümün sonuna qarnınızın nə qədər böyüdüyünün şahidi olarsız. Əlbəttə ki, pivənin yanındakı məzələr də buna səbəb ola bilər. Bununla yanaşı təzyiq xəstələri də pivə içərkən diqqətli olmalıdır. Nə qədər çox pivə içsəniz, təzyiqiniz bir o qədər sizi narahat edə bilər. Pivənin faydası Pivə çox qüvvətli B vitamini kompleksidir. Normal şəkildə içilərsə, qaraciyər və öd kisəsi funksiyalarının yaxşılaşmasına kömək edər. Pivə böyrəklərinizin yaxşı işləməsinə, onun suyu akiv süzməsinə, kiçik həcmli böyrək daşlarının əriməsinə kömək edər. Bununla yanaşı çətin və stresli iş günündən sonra keyfinizi qaldırmaq da pivənin “əlində†asandır. Yeri gəlmişkən, qeyd edim ki, qədim romalıların əsilzadələri pivə vannasının insan sağlamlığı üçün xeyirli hesab etdikləri üçün tez-tez pivə vannası qəbul edirmiş. Ümumiyyətlə isə təbabətlə məşğul olan həkimlər isti pivənin diş ağrısında xeyirli olduğunu bunun üçün də pivə ilə tez-tez qarqara etmənin faydalı olduğunu deyirlər. Silikonlara ehtiyac qalmayacaq Təxminən iki il əvvəl türk saytlarında Bolqarıstanda istehsal olunan pivənin dadından əvvəl onun haqqında bir məlumat daha tez yayıldı. “Bohza†markalı pivə məxsusi olaraq uşaq əmizdirən qadınlar üçün hazırlanırmış. Buğda və mayadan düzəldilən bu pivə südü az olan qadınların köməyinə çatır. Bunu eşidən qadınlar və hətta gənc qızlar da bu markadan geniş istifadə etməyə başlayıb. Deyilənlərə görə “Bohza†pivəsindən müntəzəm istifadə edən qadınların döşləri böyüyür. Şirkətin meneceri isə o zaman məsələ ilə bağlı bunları söyləmişdi: “Biz pivəni məxsusi olaraq bu niyyətlə hazırlamamışıq. Son 1 ayda yüzdən çox qadın bu məsələ ilə bağlı bizə müraciət edərək süd vəzilərinin 1-2 ölçü böyüdüyünü bildirib. Əgər cərrahi müdaxilə olmadan tam təbii yolla döşləri böyütmək mümkünsə, bunun nəyi pisdir.†Harada və nə zaman? Digər içkilərlə müqayisədə onu hər hansı bir səbəblə içmirlər. Pivəni sərt içkilərlə müqayisədə istər günorta, istərsə də axşam saatlarında rahatca dəniz kənarında və ya digər ictimai yerlərdə dostlarınızla birlikdə içə bilərsiz. Ancaq bunu unutmayın ki, tərkibində az da olsa alkoqolun olması onu günəş altında içdiyiniz zaman cildinizin qurumasına səbəb ola bilər. Ağ, qırmızı və qara… Dünyada ən çox içilən pivə sarı rənglisidir. Ancaq sarı pivə ilə yanaşı qırmızı və qara pivənin də istehsal olunduğunu bilirsiz? Sarı pivə demək olar ki, dünyanın hər yerində ən çox içilənidir. Onun çox içilməsinə səbəb daha ləzzətli və alkoqol səviyyəsinin daha az olmasıdır. Sarı pivə adı ilə sifariş edib içdiyiniz pivənin əslində ağ pivə olduğunu bilirsinizmi? Qırmızı pivə isə əsasən Avstraliya bölgəsində istehsal edilir və elə orada da içilir. Qara pivə ilk dəfə Almaniyada isehsal edilsə də bu gün bir çox ölkələr qara pivə istehsalçısıdır. Pivənin bu növü də az sevilmir. Şokaladlı pivə İlk dəfə bu fikir Yaponiyada pivə yaradıcılarından olan Sapporonun ağlına gəldi. O pivənin tərkibinə təbii şokolad əlavə elədi. Deyilənlərə və yazılanlara görə bu təcrübəni uğurlu hesab etmək olar. Pivə kokteylləri Bara getdiyinizdə pivə ilə hazırlanan kokteylləri də sifariş edə bilərsiz. Barmenlər sizə onlarla pivə kokteyli təklif edə bilər. Bu kokteyllər də öz dadı və sərinləşdirici gücü ilə sifarişçisini razı salmağa qadirdir. Məsələn “Huckle My Butt†kokteyli. Çalışsanız onu özünüz də hazırlaya bilərsiz. Yumurta, kanyak və bir az şəkər tozunun qarışdırın. Yaxşı rəndələnmiş hind qozu, döyülmüş darçın, mixək əlavə edin və yenə qarışdırın. Sonra süzün. Süzülən qarışığa buz tikələri atın ki, yaxşıca soyusun. Ən sonda pivəni əlavə edin. Bu kokteyl soyuq halda içilir. Rekordçular Hər il dünyada 120 milyard dekalitrdən çox pivə istehsal olunur. İstehsal üzrə birinci yer isə Çinə məxsusdur. Ən çox pivə istehsal edən ikinci ölkə isə Amerika Birləşmiş Ştatlarıdır. Dünyada ən çox pivə içən xalq isə çexlər sayılır. Elə ən yaxşı pivə istehsalına görə də Çexiya digər ölkələrdən geri qalmır. 1998-ci ildə Çexiyanın adı ən çox pivə içilən ölkə adı ilə hətta Ginnesin Rekordlar Kitabına düşüb. Həmin il Çexiyada 1653 milyon litr pivə içilib. Bu da adam başına 160 litr pivə demək imiş. Ən çox pivə içən xalqlar sırasında venesuelalıların da adını çəkmək lazımdır. Bu ölkənin bir vətəndaşı ildə 83-90 litr pivə içir. Almaniya, Avstraliya, Avstriya, İngiltərə, Belorus, Belçika, Hollandiya, İrlandiya, Lüksemburq, Fransa, Rusiya, Yeni Zellandiya, Cənubi Afrika, Yaponiya pivələri də keyfiyyətinə görə məşhurdur. Tanıdıqlarımız Bu gün dünya ölkələrinin əksəriyyətində, eləcə də Azərbaycanda “Bavariyaâ€, “Baltikaâ€, “Müllerâ€, “Boçkarevâ€, “Efes Pilsnerâ€, “Baklerâ€, “Budvayzer†pivələri bir brend kimi qəbul edilir. Pivə içək, bayram edək Hər il Almaniyanın Münhen şəhərində pivə festivalı keçirilir. Fesival nə az, nə çox 16 gün davam edir. Pivə bayramında tək almanlar yox, bu ölkəyə gələn turistlər, ümumilikdə milyonlarla insan iştirak edir. Keçən il keçirilən festivalda iştirakçılar 6 milyon litr alman pivəsinin axırına çıxa bilmişdilər. Almaniyadakı pivə festivalına gedə bilməyən həmyerlilərimiz isə Rusiyada keçirilən pivə festivalına gedə bilər. “Baltika†pivə istehsalçısı olan şirkət hər il pivəsevərləri öz pivəsinin dadına baxmağa dəvət edir. Azərbaycan pivəsi Ölkəmizdə pivə istehsalına ilk dəfə 1960-cı ildə Zığ qəsəbəsində fəaliyyətə başlayan kiçik pivə zavodu ilə start verilib. 1969-cu ildə fəaliyyətə başlayan Xırdılan pivə zavodu isə daha çox pivə istehsal etmək gücünə malik olub. Hazırda da bu zavod var gücü ilə fəaliyyətdədir. Artıq ümumilikdə ölkəmizdə 34 pivə istehsal edən zavod qeydiyyatdan keçib. Onlardan ən böyüyü yenə də Xırdalan pivə zavodudur. Bu zavod “Bizim pivəâ€, “Əfsanəâ€, “Qara Xırdalanâ€, “33 Export†adlı pivələr istehsal edir. 1969-cu ildə istifadəyə verilən “Xırdalan†pivə zavodu vaxtilə keçmiş SSRİ-də ən iri pivə müəssisələrdən olub. 2008-ci il may ayından isə “Baltika†şirkəti və “Xırdalan†pivə zavodunun sahibidir. Azərbaycan istehsalı olan pivələr yerli bazarın 75 faizini, qalan hissəni isə əsasən Almaniya, Çex, Türkiyə və Rusiya istehsalı olan məhsullar tutur. Pivə alarkən diqqət edin!!! Pivə alarkən onun keyfiyyətinə, saxlanma və satışı ilə bağlı bəzi məsələlərə diqqət edin. Pivə istehsal üsuluna görə pasterizə edilmiş və pasterizə edilməmiş növlərə ayrılır. Pivənin keyfiyyət göstəricilərinə onun rəngi, köpüyün davamlılığı, dadı, şəffaflığı aiddir. Açıq pivələr açıq qırmızı rəngdən parıltılı sarı rəngə qədər olur. Tünd pivələrin rənginə və şəffaflığına isə daha ciddi tələblər qoyulur və bu göstərici pivənin dadı ilə qarşılıqlı əlaqədə olmalıdır. Pivənin rəngi dayanıqlı olmalıdır. Bu arpanın, maya otunun və başqa xammalların tərkibindən asılıdır. Filtrdən keçirilmiş pivə şəffaf olmalıdır. Keyfiyyətli pivənin köpüyü davamlı olmalı, uzun müddət yatmamalıdır. Standartlara görə 105-110 mm hündürlükdən süzülən pivədə 15-20 mm köpük əmələ gəlməlidir. Pivə təmiz yuyulmuş müxtəlif ölçülü butulkalarda və çəlləklərdə satışa verilir. Pivə butulkalarının və çəlləklərin ağzı kip bağlanmalıdır. İşığın təsiri pivənin rəngi, dadı və iyini tez pisləşdirə bilər. Ona görə də əsasən tünd yaşıl və qəhvəyi butulkalarda qablaşdırılmış pivələrə üstünlük verin. Hər bir növ pivə müəyyən dad və ətrə malik olmalı və kənar dad verməməlidir. Acı pivələrdə arpa səmənisinin dadı zəif, mayaotunun dadı isə kəskin hiss edilməlidir. İstehlakçı olaraq nəzərə alın ki, pivə butulkaları üzərinə kağız etiket vurulmalıdır. Etiketdə istehsalçı müəssisənin adı, ünvanı və əmtəə nişanı, pivənin çeşidi və növü, qabın tutumu, doldurulma tarixi, pivənin qida və enerji dəyəri, sertifikatlaşdırma haqqında məlumat, standartın nömrəsi və s. qeyd olunmalıdır. Markalanma dövlət dilində aparılmalıdır. Butulkalara, çəlləklərə və s. doldurulmuş pasterizə olunmamış pivə 5°C-dən 12°C-dək, pasterizə olunmuş pivə isə 10°C-dən 20°C-dək temperaturda saxlanılmalıdır. Butulkalara doldurulan pivəni qeyd olunan temperaturlarda qaranlıq otaqlarda saxlanılma müddəti 7-17 gündür. Pivənin saxlanılma müddətini artırmaq məqsədilə onu pasterizə edirlər. Pasterizə edilən pivənin saxlanılma müddəti 3 aydan 1 ilə qədərdir. Bu müddətdən sonra pivə bulanıqlaşır. Pasterizə edilmiş pivənin etiketində "pasterizə edilmişdir" sözü yazılmalıdır. |