www.nice.az > Maraqlı Məlumatlar > Maksimum hündürlük 4 sm
Maksimum hündürlük 4 sm13 aprel 2012. Müəllif: HiTMaN |
![]() Maksimum hündürlük 4 sm Mütəxəssislər, qadınları dikdaban ayaqqabı mövzusunda xəbərdar edir... Ayaq sağlamlığı üçün qadınların geyindiyi ayaqqabının hündürlüyü 4sm-i keçməməlidir. Cəmiyyətdə ən məşhur xəstəliklərdən olan, ayaq problemlərinin başında gələn barmaq deformasiyası, xüsusilə baş barmağın deformasiyası məşhurdur. Cəmiyyətdə ayaq sağlamlığına qadınların kişilərə görə daha çox əhəmiyyət verdiyini, ayaqqabı seçimi mövzusunda qadınların daha diqqətli olduğunu deyən mütəxəssislər,''Özünə baxan, diqqət edən insan ayaq sağlamlığına da əhəmiyyət verməlidir'' - dedi. Ayaqda meydana gələn ağrılar geyindiyiniz ayaqqabılarla da əlaqədardır. ''Ayaq sağlamlığı üçün qadınların geyindiyi ayaqqabının hündürlüyü 4 sm-i keçməməlidir. Yüksək dikdaban ayaqqabılar onurğanı pozduğu kimi ayaq sağlamlığına da zərər verir. Uyğun ayaqqabı dar olmamalı, barmaq ucları iti, dar burunlu, sərt seçilməməlidir. Tamamilə dümdüz, hündür olmayanları da təklif etmirik. Dərisi yumşaq olmalıdır. Əslində ən əhəmiyyətlisi ayağın özünü ən təbii hiss etdiyi ayaqqabıdır. Bunun istisnaları da var. Bəzi ayaq vəziyyətləri var ki, onlara sintetik, şinli corab təklif etmirik. Ayaqdakı ağrıları ciddi qəbul etmək, ayaq sağlamlığına əhəmiyyət vermək lazımdır. Ayaq sağlamlığına fikir verməyin ən fundamental prinsipi ümumi sağlamlığa diqqət etmək, çəki artırmamaq və uyğun ayaqqabı geyinməkdir.'' P.S: Qızlar, siz hündürdaban ayaqqabıların sağlamlığınıza ziyan olduğunu bilirdinizmi? Ən hündür ayaqqabınız neçə sm-dir? |