www.nice.az > Maraqlı Məlumatlar > Marsın səthində “fil” tapıldı

Marsın səthində “fil” tapıldı


26 aprel 2012. Müəllif: Mery
Marsın səthində “fil” tapıldı

“Viking 1″ kosmik gəmisinin 1976-cı ildə Mars planetində tapdığı “sifət”dən sonra, NASA-nın kosmik gəmisi “qırmızı planet”in səthində nəhəng “fil” aşkar edib.
“Mars Reconnaissance Orbiter” kosmik gəmisi tərəfindən çəkilən şəkildə lava axınlarının əmələ gətirdiyi “fil” görsənir.
Kosmik gəminin “Hirıse” kamerası tərəfindən çəkilən şəkil internetdə və mətbuatda böyük marağa və müzakirələrə səbəb olub. Ancaq ekspertlər insanları təşvişə düşməməyə çağırıb. Arizona universitetinin kosmoloqu açıqlama yayaraq bildirib ki, mübahisələrə və təşvişə ehtiyac yoxdur. Bu sadəcə lava axıntılarının meydana gətirdiyi fiqurdur, bəzilərinin gözünə bu fil kimi, bəzilərinin gözünə isə sadəcə təbii proses kimi görsənə bilər. Amma burada qorxulu və yaxud əsrarəngiz heç nə yoxdur.
Ancaq ekspertlərin arasında da bu tip məsələlərdə fikir yarılığı var, bəziləri bunu sadəcə təbii proses, bəziləri isə hansısa şifrə hesab edirlər.