www.nice.az > Maraqlı Məlumatlar > Artıq danışa bilməyənlərdə danışacaq!!!

Artıq danışa bilməyənlərdə danışacaq!!!


8 aprel 2012. Müəllif: -SeVa-
Artıq danışa bilməyənlərdə danışacaq!!!

Elm adamları sonunda bacardı.

Alimlər inkişaf etdirdikləri yeni texnologiya sayəsində, danışma bacarığını itirənlərin beyinlərindəki ünsiyyət fəaliyyətlərini sözlərə çevirməyə hazırlanır.

Fərdlərin zehinini oxumaq artıq yalnız elm fantastika filmlərinin hissəsi deyil. Amerikanın Californiya-Berkeley Universitetindən tədqiqatçılar, danışma bacarığını itirmiş xəstələrin düşüncələrini sözlərə çevirməyi bacardı.

Texnologiya, beyindən eşidilən sözləri beyin dalğasına çevirməsi prinsipinə söykənir. 15 epilepsiya xəstəsi üzərində edilən təcrübədə iştirakçılara müəyyən sözlər dinlədildi.

Xəstələrin beyinlərinə yerləşdirilən elektrodların köməyiylə bu sözlərin beyin dalğasına çevrilməsi prosesi müşahidə edildi.

Alimlərin inkişaf etdirdiyi kompüter proqramı, bu beyin dalğalarını yenidən sözlərə çevirməyi bacardı.