www.nice.az > Maraqlı Məlumatlar > Ən maraqlı boşanmalar

Ən maraqlı boşanmalar


3 noyabr 2009. Müəllif: krik
Ən maraqlı boşanmalar

5-ci yer. 67 yaşlı rumıniyalı təqaüdçü Sandu B. 47 yaşlı qadınla evlənir. Onlar 8 ay çox xoşbəxt yaşayıblar. Amma 9-cu ayda qadının sevimli pişiyi bir-birinin ardınca ərinin sevimli tutuquşularını yeyir. Bu da onların ayrılmasına səbəb olub.

4-cü yer. İngilis futbol fanatı Nil Dyüxart məhkəməyə boşanmaq istəyini belə izah edib – həyat yoldaşı onun üzərində futbolçuların imzası olan sevimli köynəyini yuyub. Məhkəmə qadını vandallıqda günahkar bilib və Nilin istəyini yerinə yetirib.

3-cü yer. ABŞ-ın Klivlend şəhərində yaşayan mister Danielsonun həyat yoldaşı detektiv romanlarını sevirmiş. Amma onun “əclaf” əri hər dəfə kitabın 30-cu səhifəsində qatilin adını yazırmış. Əlbəttə ki, qatilin adını bilən qadının kitabı oxuyub başa çatdırmağa həvəsi qalmırmış. Bu “ənənəni” eşidən məhkəmə hakimi qadının tərəfini tutub və onun həyat yoldaşını “son dərəcə incə şəkildə hazırlanan qəddar davranışâ€da ittiham edərək onların nikahını pozub.

2-ci yer. 55 yaşlı alman fermeri Volfqanq Zober internetdə 38 yaşlı Pendi Viktoriya adlı qadınla tanış olub. Qadın şəkillərdə çox gözəl olub. Həyatda isə bundan da gözəl təsir bağışlayıb. Ancaq nikah gecəsi məlum olub ki, Rendi tam qadın deyil. Daha doğrusu, heç qadın deyil! Ralf (“qadının” əsl adı belə olub) kişi çıxıb və onun 2 uşağı varmış...

1-ci yer. Adi bosniyalı ər və arvad, 32 yaşlı Adnan Klariç və 27 yaşlı Sana internetdə başqa kişi və qadınla tanış olublar. Amma onların bəxti gətirməyib – “Şirni” və “Sevinc şahzadəsi” adları altında onlar yenidən bir-birlərini tapıblar. Ehtiraslı onlayn danışıqlardan sonra “Şirni” və “Sevinc şahzadəsi” reallıqda görüşərək arzularını həyata keçirmək qərarına gəlirlər. Amma görüş zamanı dəhşətli məyusluqla üzləşiblər. Nəticədə, onlar bir-birini xəyanətdə günahlandıraraq boşanıblar. Maraqlıdır ki, Çində baş verən analoji hadisə isə xoşbəxt sonluqla başa çatıb. Ər və arvad gizli görüş zamanı görüşəndə, bir-biriləri üçün yarandıqları və bir yerdə qalmaları barədə qərar veriblər.