www.nice.az > Maraqlı Məlumatlar > Əylənərək arıqlamaq olurmuş

Əylənərək arıqlamaq olurmuş


21 mart 2012. Müəllif: Bad girl
Əylənərək arıqlamaq olurmuş

2012-də dizinizi qıran pəhrizlərə son qoyulduğunu yəqin ki, bilirsiniz. Artıq nə Hollivud, nə də Bollivud ulduzları pəhriz tutmur. Sadəcə, düzgün qidalanma və həyat tərzi seçirlər.

Artıq çəkidən xilas olmaq həqiqətən problemdir. Xüsusilə də 30 yaşdan yuxarı kişilər, 35 yaşdan yuxarı qadınlar üçün.

“MyDailyMoment” xəbər verir ki, artıq çəkidən birdən-birə xilas olmağı hədəfləmək sizi həm tez yorur, həm də nəticə ürəkaçan olmur. Diyetoloqlar və psixoloqlar işə əyləncə qatmağı məsləhət görür.

Kinoya getməyi sevirsinizsə, onu arıqlamağınıza köməyə istiqamətləndirin. Qorxu filmlərinə üstünlük verin. Qorxu hissi yüksək miqdarda kalori yandırır.

Serial gününüzün əvəzolunmalarındandır. Onu da çəki azaltmağa kökləyin. Oturaraq yox, uzanaraq izləyin. Uzandıqda insan hər 7-9 dəqiqədən bir fırlanır, yerini rahatlayır, yataqda hərəkətdə olur və 1 saat 20 dəqiqəlik filmin sonunda 350 kalori itirir. Əgər reklam fasilələrində kanalı dəyişmək üçün barmaqlarınızdan istifadə edir, yerinizdən qalxıb kanal dəyişmək üçün televizorun üstündəki düymələrdən istifadə edirsinizsə, 1 saat 20 dəqiqəlik filmin sonunda 1100 kalori itirərsiniz.

İşə nə geyinəcəyinizi axşamdan fikirləşməyin. Səhər bunun üçün bir neçə dəst dəyişməli olacaqsınız və bu zövqlü fəaliyyət 1500-3000 arası kalori itkisi deməkdir. Yataqda mümkün qədər çox vaxt keçirin. Seksin kalori yandırmağın ən mükəmməl üsulu olduğu məlumdur. Buna görə də ona qədər və ondan sonrakı olan müddəti uzadın və itirdiyiniz kalori ikiqat artsın.

Liftdən uzaq durmaq üçün ağlınıza “pis” bəhanələr gətirin. O dardır, ürəksıxıcıdır, ləngdir, hər mərtəbədə dayanır, gec hərəkət edir, tanımadığın insanlarla susaraq 15-20 mərtəbə qalxmaq dözülməzdir. Və pillələrə üstünlük verin.

Acı yeməyi sevənlər üçün arıqlamaq daha əyləncəli və onların dili ilə desək, ləzzətlidir. Bir acı bibərdəki acı 50-150 kalori yandırır. Təbii ki, əvəzolunmaz yaşıl çay. Gündə 3 stəkan yaşıl çay 150 kalori itirmək deməkdir.

Ağır və bezdirici idman yerinə gündə 15-20 dəqiqə rəqs edin. Ev işləri görərkən musiqi dinləyin. Bədəniniz instinktiv şəkildə musiqi ilə temp tutacaq. Bu isə 400-700 kalori itirməkdir.