www.nice.az > Maraqlı Məlumatlar > Dünyanın ən bahalı saatı: 1292 brilyant...
Dünyanın ən bahalı saatı: 1292 brilyant...16 mart 2012. Müəllif: Bad girl |
![]() ![]() İsveçrədəki "Hublot" zinət əşyaları və saat şirkəti dünyanın ən bahalı qol saatını satışa çıxarıb. Şirkətin baş icraçı direktoru Jan-Klod Biverin dediyinə görə, 1292 brilyant qaşla bəzədilmiş saatın qiyməti 5 milyon dollardır. Həmin saatda hər biri 3 karatdan artıq 6 brilyant qaş da var. Bu saatı 17 usta 14 aya hazırlayıb. Fransanın LVMH konserninin tərkibinə daxil olan "Hublot" şirkəti dünyanın ən bahalı saatını İsveçrənin Bazel şəhərində açılmış "Baselworld Watch & Jewellery Show" şousunda nümayiş etdirib. |